...

Azərbaycan Parlamentinin I vitse-spikeri Türkiyəni Dağlıq Qarabağ probleminin həllində təsir imkanlarından istifadə etməyə çağırıb

Siyasət Materials 20 Oktyabr 2009 13:43 (UTC +04:00)
"ATƏT-in Minsk Qrupunun əsas vəzifələrindən biri Dağlıq Qarabağ probleminin həllidir. Sürixdə protokolların imzalanması mərasimində həmsədr ölkələrinin xarici işlər nazirlərinin iştirakı göstərdi ki, onlar problemin həllinin sürətlənməsində maraqlı deyillər. Protokolların imzalanması təsdiqlədi ki, həmsədrlər istədikləri məqamda Ermənistana təsir edə bilərlər. Hətta Türkiyə də təsir etmək imkanına malikdir".
Azərbaycan Parlamentinin I vitse-spikeri Türkiyəni Dağlıq Qarabağ probleminin həllində təsir imkanlarından istifadə etməyə çağırıb

Azərbaycan, Bakı, 20 oktyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin I vitse-spikeri Türkiyəni Dağlıq Qarabağ probleminin həllində təsir imkanlarından istifadə etməyə çağırıb.

"ATƏT-in Minsk Qrupunun əsas vəzifələrindən biri Dağlıq Qarabağ probleminin həllidir. Sürixdə protokolların imzalanması mərasimində həmsədr ölkələrinin xarici işlər nazirlərinin iştirakı göstərdi ki, onlar problemin həllinin sürətlənməsində maraqlı deyillər. Protokolların imzalanması təsdiqlədi ki, həmsədrlər istədikləri məqamda Ermənistana təsir edə bilərlər. Hətta Türkiyə də təsir etmək imkanına malikdir. Amma biz Dağlıq Qarabağ probleminin həllinə bu təsir mexanizmini görmürük", - Trend -un məlumatına görə, bunu Milli Məclisin (Parlament) çərşənbə axşamı keçirilən iclasında I vitse-spiker Ziyafət Əsgərov bildirib.

Trend -un arayışı: Oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır

Deputat İqbal Ağazadə isə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı indiki durumun və regionda baş verən proseslərin Milli Məclisin qapalı iclasında müzakirəsini təklif edib.

"Həmin iclasda müvafiq qurumlar indiki vəziyyətlə bağlı hesabat verməlidirlər", - Ağazadə əlavə edib.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov deyib ki, Azərbaycanda Türkiyə əleyhinə heç bir kampaniya aparılmır.

"Bu kampaniya protokolların imzalanması əleyhinədir. Azərbaycan-Türkiyə münasibətləri iqtidarlar arsındakı münasibətlər deyil. Bu münasibətlər daimidir", - YAP rəsmisi bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti