...

Türkmənistan Prezidenti Polşaya səfərə hazırlaşır

Siyasət Materials 20 Oktyabr 2009 20:38 (UTC +04:00)
Polşa Prezidenti Lex Kaçinski Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedovu ölkəsinə rəsmi səfərə dəvət edib.
Türkmənistan Prezidenti Polşaya səfərə hazırlaşır

Türkmənistan, Aşqabad, 20 oktyabr / Trend , müxbir H.Həsənov/

Polşa Prezidenti Lex Kaçinski Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedovu ölkəsinə rəsmi səfərə dəvət edib. Bu barədə Kaçinskinin Türkmənistanın azadlığının 18-ci il dönümü (27 oktyabr 2009-cu il) münasibətilə göndərdiyi təbrikdə deyilir.

"Fürsətdən istifadə edərək cənab Prezident Sizi Polşaya səfərə dəvət edirəm. Bu bizim qarşılıqlı münasibətlərimizdə müsbət tendesiyaların möhkəmlənməsi üçün stimul olardı. Həmçinin regional və beynəlxalq məsələlərin müzakirəsi üçün fürsət olardı", - məktubda deyilir.

Məqalə müəlifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti