...

Azərbaycan Parlamentində insan alverinə qarşı mübarizə üzrə hesabat dinləniləcək

Siyasət Materials 26 Oktyabr 2009 12:09 (UTC +04:00)
“Parlamentin oktyabrın 27-də keçirilən iclasının gündəliyinə Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizə üzrə milli koordinatorunun illik hesabatinin dinlənilməsi də daxil edilib”, - bazar ertəsi Trend News-a Milli Məclisin mətbuat xidmətindən bildirilib.
Azərbaycan Parlamentində insan alverinə qarşı mübarizə üzrə hesabat dinləniləcək

Azərbaycan, Bakı, 26 oktyabr / Trend , muxbir A.Hüseynbala/

Azərbaycan Parlamentində insan alverinə qarşı mübarizə üzrə məlumat veriləcək.

"Parlamentin oktyabrın 27-də keçirilən iclasının gündəliyinə Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizə üzrə milli koordinatorunun illik hesabatinin dinlənilməsi də daxil edilib", - bazar ertəsi Trend -a Milli Məclisin mətbuat xidmətindən bildirilib.

İclasda "Əmək pensiyaları haqqında" qanuna dəyişiklikləri və əlavələri nəzərdə tutan layihə də müzakirəyə çıxarılacaq. Bundan başqa, "Bələdiyyə qulluğu haqqında", "Bələdiyyə üzvünün statusu haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Notariat haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Dövlət qulluğu haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" və "Rəsmi statistika haqqında" qanunlara əlavələr və dəyişikliklərin müzakirəsi də nəzərdə tutulur.

Parlamentin növbəti iclasında "Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında" və "Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında" yeni qanun layihələrinə də baxılacağı gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti