...

İran MAQATE-nin memorandum layihəsi ilə bağlı tezliklə cavab bildirəcək - İranın XİN rəhbəri Manuçöhr Müttəki

Siyasət Materials 26 Oktyabr 2009 15:25 (UTC +04:00)
İran tezliklə Tehran reaktoru üçün nüvə yanacağının tədarükü şərtlərinə dair MAQATE-nin memorandum layihəsi ilə bağlı cavab verəcək, İran İslam Respublikasının xarici işlər naziri Manuçöhr Müttəki bazar ertəsi Tehranda təşkil edilən mətbuat konfransında deyib.
İran MAQATE-nin memorandum layihəsi ilə bağlı tezliklə cavab bildirəcək - İranın XİN rəhbəri Manuçöhr Müttəki

İran, Tehran, 26 oktyabr / Trend , müxbir T.Cəfərov/

İran tezliklə Tehran reaktoru üçün nüvə yanacağının tədarükü şərtlərinə dair MAQATE-nin memorandum layihəsi ilə bağlı cavab verəcək, İran İslam Respublikasının xarici işlər naziri Manuçöhr Müttəki bazar ertəsi Tehranda təşkil edilən mətbuat konfransında deyib.

Rusiya, Fransa və ABŞ cümə günü Tehran reaktoru üçün nüvə yanacağının tədarükü üzrə MAQATE-nin təkliflər paketini rəsmən bəyəniblər.

MAQATE-nin baş direktoru Məhəmməd əl-Baradei ümidvar olduğunu bildirib ki, bütün maraqlı tətəflərin razılaşması olduğu halda bu paket artıq 26-27 noyabrda bu təşkilatın İdarə Şurasının sessiyası zamanı bəyəniləcək.

"Tehran reaktoru üçün 20 faizli uran lazımdır. İranın sahib olduğu uran isə 5 faizlidi", - Müttəki bazar ertəsi jurnalistlərə deyib. İran tərəfi 20 faizli uranla birgə 5 faizli uranı da təqdim etməyə hazırdır. "Bu məqsədlə də Vyanada danışıqlar aparılıb və tərəflər xüsusi memorandumun hazırlanması və imzalanlması haqda razılığa gəliblər", - deyə nazir əlavə edib. "Biz təklif edilən layihəni gözdən keçiririk və tezliklə bununla bağlı cavab bildirəcəyik", - Müttəki deyib.

Müttəki bəyan edib ki, İranın nüvə məsələsi üzrə bütün dünyaya şüarı belədir: "Sülh xarakterli atom - hamı üçün, nüvə silahı isə - heç kimə". Nazir İranın sülh nüvə proqramı ilə bağlı dünya ölkələrinin İrana qarşı ədalətli mövqe tutmağa başlamalarında məmnun olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti