...

Azərbaycan və Türkiyə arasında bir daha bayraqla bağlı problem yaşanmayacaq - Azərbaycan Parlamentinin komitə sədri

Siyasət Materials 28 Oktyabr 2009 14:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan və Türkiyə arasında bir daha bayraqla bağlı problem yaşanmayacaq, Trend -un məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisindən (TBMM) gələn bir qrup deputatla görüşündə Azərbaycan Parlamentinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.

"Türkiyə və Azərbaycan bayrağı həmişə bir yerdə dalğalanıb. Müəyyən məsələlərlə bağlı hər iki ölkə arasında bayraq problemi yaşanmışdı. Bundan sonra Azərbaycan və Türkiyə arasında bayraqla bağlı problem yaşanmayacaq", - Seyidov deyib.

Oktyabrın 14-də Bursada keçirilən Türkiyə-Ermənistan oyununda Azərbaycan bayrağı təhqir olunmuşdu. Rəsmi Ankara bunun təxribat olduğunu açıqlamışdı və Bursada polis məmuru cəzalandırılmışdı. Bundan sonra oktyabrın 15-də Şəhidlər Xiyabanında şəhid türk hərbçilərinin şərəfinə ucaldılmış abidənin ətrafındakı Türkiyə və Azərbaycan bayraqları yığışdırılmışdı. Eləcə də Türkiyənin Dini Xidmətlər Müşavirliyinin qarşısındakı Azərbaycan və Türkiyə bayraqları endirilmişdi.

Bu gün gecə saat 01.30-da türk əsgərlərinin şərəfinə ucaldılmış abidənin yanında Türkiyə və Azərbaycan bayraqları qaldırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti