...

Gürcüstan XİN rəhbəri ondan Rusiya vətəndaşlığının alınması tələbinə görə məyus deyil

Siyasət Materials 3 Noyabr 2009 19:53 (UTC +04:00)
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze öz təşəbüsü ilə Rusiya vətəndaşlığından imtina etmək niyyətində deyil.
Gürcüstan XİN rəhbəri ondan Rusiya vətəndaşlığının alınması tələbinə görə məyus deyil

Gürcüstan, Tbilisi, 03 noyabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze öz təşəbüsü ilə Rusiya vətəndaşlığından imtina etmək niyyətində deyil. Bu barədə XİN-in mətbuat katibi İlya Maxaraşvili xüsusi brifinqdə bildirib.

Beləliklə o, RF Dövlət Dumasının deputatı Semen Baqdasarovun gürcü nazirin Rusiya vətəndaşlığından məhrum edilməsi ilə bağlı tələbinə şərh verib.

"Bu tələb nazir üçün gözlənilməz olmayıb və o, bu bəyanatı sakit qarşılayıb. Bu tələb onu məyus etməyib və kədərləndirməyib. Qoy, Rusiya tərəfi öz qərarını versin", - Maxaraşvili bəyan edib.

Vaşadzenin keçən il onun vətəni ilə müharibə edən Rusiyanın vətəndaşı rolunda özünü necə hiss etməsi məsələsinə gəlincə isə mətbuat katibi deyib ki, Vaşadzenin ikili vətəndaşlıq hüququ var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti