...

Azərbaycan və Çexiya strateji tərəfdaşlıq məsələlərini müzakirə edəcək - səfir

Siyasət Materials 20 Noyabr 2009 09:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir S.Ağayeva/

Azərbaycan və Çexiya arasında gələn həftə Praqada strateji tərəfdaşlıq haqqında danışıqlar aparılacaq. Bu barədə Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə cümə axşamı Trend -a bildirib.

"Danışıqlar Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun gələn həftə Praqaya səfəri çərçivəsində keçiriləcək", - diplomat deyib.

"Tərəflər ikitərəfli və regional əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər. Hazırda nazir müavininin görüşlərinin proqramı hazırlanır", - Tağızadə qeyd edib.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, iki ölkə arasında əmtəə dövriyyəsi 2009-cu ilin yanvar-sentyabr aylarında 21,2 milyon dollar təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti