...

"Alternativ xidmət haqqında" qanun layihəsinin qəbulu Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır – Azərbaycan Parlamentinin Aparat rəhbəri

Siyasət Materials 20 Noyabr 2009 16:41 (UTC +04:00)
"Alternativ xidmət haqqında" qanun layihəsi hazırdır və Avropa Şurasının ekspertləri də layihəyə müsbət rəy veriblər", - Trend News-un məlumatına görə, cümə günü jurnalistlərə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.
"Alternativ xidmət haqqında" qanun layihəsinin qəbulu Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır – Azərbaycan Parlamentinin Aparat rəhbəri

Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir A.Hüseynbala/

"Alternativ xidmət haqqında" qanun layihəsinin qəbulu Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır.

"Alternativ xidmət haqqında" qanun layihəsi hazırdır və Avropa Şurasının ekspertləri də layihəyə müsbət rəy veriblər", - Trend -un məlumatına görə, cümə günü jurnalistlərə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.

Trend -un arayışı: Azərbaycan 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul olunub. Həmin dövrdə Azərbaycan təşkilat qarşısında bir sıra öhdəliklər götürüb. Həmin öhdəliklərdən biri də "Alternativ xidmət haqqında" qanunun qəbul olunması ilə bağlıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Mirzəyevin sözlərinə görə, layihə gələn il işçi qrupu ilə birlikdə bir daha işlənilib müzakirə üçün tam hazırlanacaq.

"Amma qanunun qəbulu Dağlıq Qrabağ münaqişəsi ilə bağlı aparılan danışıqların nəticəsindən asılıdır. Əgər danışıqlarda hər hansı bir müsbət nəticə əldə olunmasa, layihə müzakirəyə çıxarılmayacaq", - Aparat rəhbəri əlavə edib.

Mirzəyev deyib ki, Azərbaycan hərbçiləri qanunun qəbulunun əleyhinədirlər. "Onların fikrincə, müharibə aparan ölkədə belə qanunun qəbulu tezdir", - Aparat rəhbəri vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti