Azərbaycan, Bakı, 25 noyabr / Trend , müxbir A.Hüseynbala/
Azərbaycanda müxalif Aydınlar Partiyası dövlət qeydiyyatına alınıb. Bu barədə çərşənbə günü Trend -a partiya sədrinin müavini Qabil İbrahimli məlumat verib.
Azərbaycanda Aydınlar adlı yeni müxalifət partiyası ötən ilin dekabrın 14-də yaradılıb. "Aydınlar Partiyası ölkədə keçiriləcək bütün seçkilərdə iştirak edəcək. Yaxın məqsədimiz 2009-cu ilin bələdiyyə və 2010-cu ilin parlament seçkilərində iştirak etməkdir. Uzaq məqsədimiz isə 2013-cü ildə keçiriləcək prezident seçkilərinə qatılmaqdır", - deyə yeni partiyanın sədr Qulamhüseyn Əlibəyli təsis qurultayında bildirib.
İbrahimli deyib ki, Ədliyyə Nazirliyi qeydiyyat şəhadətnaməsini bu gün partiyaya təqdim edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]