...

ABŞ səfirliyi Azərbaycan xalqının fikrini öyrənməyə şaddır – Terri Devidson

Siyasət Materials 15 Dekabr 2009 17:45 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan xalqının fikrini öyrənməyə şaddır. Bu sözləri ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson, Azərbaycan partiyalarının ABŞ konqressinin Dağlıq Qarabağa maddi yardım göstərilməsi barədə qərarına etiraz olaraq Birləşmiş Ştatların səfirliyinə daxil olan müraciətlərini şərh edərkən deyib.
ABŞ səfirliyi Azərbaycan xalqının fikrini öyrənməyə şaddır – Terri Devidson

Azərbaycan, Bakı, 15 dekabr / Trend , müxbir V.Javoronkova/

ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan xalqının fikrini öyrənməyə hər zaman şaddır. Bu sözləri ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Terri Devidson, Azərbaycan partiyalarının ABŞ Konqresinin Dağlıq Qarabağa maddi yardım göstərilməsi barədə qərarına etiraz olaraq Birləşmiş Ştatların səfirliyinə daxil olan müraciətlərini şərh edərkən deyib.

"Mən hər zaman fikirlərin ifadə edilməsinə və onların ictimaiyyətə çatdırılmasına təşviq edəcəm, belə ki, bu, açıq demokratik cəmiyyətin atributudur", - Devidson deyib.

Lakin, onun sözlərinə görə, bu müraciətləri bilavasitə Konqresə bildirmək lazımdır, belə ki, Dağlıq Qarabağa maddi yardımın ayrılması barədə qərarı onlar qəbul ediblər, Konqres isə ABŞ-ın ayrıca institutudur.

ABŞ-ın Azərbaycandakı səfirliyinə müraciəti hakim Yeni Azərbaycan Partiyası, iqtidaryönümlü Sosial Rifah və Ana Vətən partiyaları, müxalifət partiyaları - Müsavat, Ədalət, Vətəndaş Həmrəyliyi, Azərbaycan Xalq Cəbhəsi, Ümid, Xalq, Demokratik İslahatlar, Vətəndaş Birliyi partiyaları imzalayıblar.

Partiyaların müraciətində deyilir ki, ABŞ Konqresi iki ölkənin milli maraqlarına, həmçinin strateji tərəfdaşlığa zidd addım atır. "Qəbul edilmiş qərar yalnız erməni millətçilərinin maraqlarına xidmət edir", - məktubda deyilir.

Azərbaycanın siyasi xadimlərinin fikrincə, bu maliyyə yardımı ABŞ-ın beynəlxalq cəmiyyətdəki nüfuzuna xələl gətirir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, FransaABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti