...

İlham Əliyev Rumıniya Prezidentini təbrik edib

Siyasət Materials 15 Dekabr 2009 20:37 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Trayan Beseskunu ölkə prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib.
İlham Əliyev Rumıniya Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Trayan Beseskunu ölkə prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Rumıniyanın Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu gün Azərbaycanla Rumıniya arasında ikitərəfli münasibətlər müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf edir. Ölkələrimiz arasında əlaqələrin genişlənməsi regional əməkdaşlıq və təhlükəsizliyin təmin olunması işinə öz töhfəsini verir. Ölkənizə rəsmi səfərim zamanı imzalanmış "Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannamə" münasibətlərimizin dərin olduğunun yaxşı göstəricisidir", - təbrik məktubunda deyilir.

Dövlət başçısı Azərbaycan ilə Rumıniya arasındakı dövlətlərarası münasibətlərin inkişafı, dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində birgə səylərin bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəyinə əmin olduğunu bildirib.

İlham Əliyev Trayan Beseskuya möhkəm cansağlığı, xoşbəxtlik, dost Rumıniya xalqının rifahı naminə fəaliyyətində uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti