...

AŞ-nin Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycanda bələdiyyə seçkilərini müşahidə etmək üçün nümayəndə heyəti göndərəcək

Siyasət Materials 17 Dekabr 2009 20:45 (UTC +04:00)
Qayə Doğanoğlunun başçılığı ilə AŞ-nin Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyəti dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərini müşahidə etmək üçün dekabrın 20-də Azərbaycana gələcək.
AŞ-nin Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycanda bələdiyyə seçkilərini müşahidə etmək üçün nümayəndə heyəti göndərəcək

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir Ü.Sadıxova/

Qayə Doğanoğlunun başçılığı ilə AŞ-nin Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyəti dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərini müşahidə etmək üçün dekabrın 20-də Azərbaycana gələcək. Bu barədə Konqresin press-relizində deyilir.

Seçki gününədək nümayəndə heyəti hökumət, müxalifət və seçki orqanlarının nümayəndələri ilə görüşəcək. Jurnalistlərlə fikir mübadiləsinin aparılması da planlaşdırılır. Seçki günü isə nümayəndə heyəti ölkənin müxtəlif rayonlarında monitorinqlər keçirəcək. Monitorinqlərin yekunları üzrə mətbuat konfransı keçiriləcək.

Heyətin tərkibinə Macarıstan, Fransa, Estoniya, Niderland, Böyük Britaniya və Serbiyadan olan nümayəndələr daxildir.

Azərbaycanda 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 32 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

Bələdiyyə seçkisini izləmək üçün MSK-da qeydə alınan müşahidəçilərin sayı isə 1138 nəfərdir. Onların 135 nəfəri siyasi partiyaların üzvüdür. MSK-da qeydə alınan yerli müşahidəçilərin 802 nəfəri namizədliyini öz təşəbbüsü ilə irəli sürüb.

10 nəfər bələdiyyə üzvlüyünə namizədlərin müşahidəçiləri kimi qeydə alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti