...

Bələdiyyə seçkilərində saat 10:00-a olan məlumata görə, seçicilərin aktivliyi 8,77% təşkil edir

Siyasət Materials 23 Dekabr 2009 11:39 (UTC +04:00)
Respublika üzrə 4 588 728 seçici qeydə alınıb. Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur. Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.
Bələdiyyə seçkilərində saat 10:00-a olan məlumata görə, seçicilərin aktivliyi 8,77% təşkil edir

Azərbaycan, Bakı, 23 dekabr / Trend , müxbir M.Əliyev/

Bələdiyyə seçkilərində seçicilərin aktivliyi yerli vaxtla saat 10:00-a 8,77% təşkil edir, Azərbaycan MSK-nın nəzdindəki "Seçkilər" İnformasiya Mərkəzindən Trend -a məlumat verilib.

23 dekabr tarxində Azırbaycanda bələdiyyə seçkiləri keçirilir.

Respublika üzrə 4 588 728 seçici qeydə alınıb. Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur. Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 16 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

MSK səsvermənin gedişi barədə saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da məlumat verəcək.

Dairə seçki komissiyalarında seçki prosesini müşahidə etmək üçün 48 388 müşahidəçi qeydə alınıb. MSK-da 1160 yerli və 52 xarici müşahidəçi qeydiyyatdan keçib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti