...

Azərbaycan Nazirlər Kabineti Respublika Çağırış Komissiyasının tərkibini təsdiq edib

Siyasət Materials 29 Dekabr 2009 13:40 (UTC +04:00)
Nazirlər Kabinetinin rəsmi internet saytının məlumatına görə, Azərbaycan vətəndaşlarının 2010-cu il yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırışı üzrə Respublika Çağırış Komissiyasının sədri Respublika hərbi komissarının müavini, polkovnik Ramiz Məmmədov, müavini isə Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyev təyin edilib.
Azərbaycan Nazirlər Kabineti Respublika Çağırış Komissiyasının tərkibini təsdiq edib

Azərbaycan, Bakı, 29 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Nazirlər Kabineti Respublika Çağırış Komissiyasının tərkibini təsdiq edib.

Nazirlər Kabinetinin rəsmi internet saytının məlumatına görə, Azərbaycan vətəndaşlarının 2010-cu il yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırışı üzrə Respublika Çağırış Komissiyasının sədri Respublika hərbi komissarının müavini, polkovnik Ramiz Məmmədov, müavini isə Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyev təyin edilib.

Komissiyada digər əlaqədar dövlət təşkilatlarının - daxili işlər nazirinin, səhiyyə nazirinin, ədliyyə nazirinin müavinləri, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası sədrinin müavini və Milli Məclisin deputatı Siyavuş Novruzov təmsil olunacaq.

Nazirlər Kabineti Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına vətəndaşların həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş aidiyyatı tədbirlər görməyi tapşırıb.

Həmçinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə Muxtar Respublikanın Çağırış Komissiyasının tərkibini təsdiq etmək tapşırığı verilib.

Xəbər lenti

Xəbər lenti