Azərbaycan, Bakı, 31 dekabr / Trend , müxbir A.Axundov/
Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər istiqamətindəki fəaliyyətinə görə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov "Bütün Anadoluda Fəaliyyət Göstərənlər və İşçilər Birliyinin" (BAFGİB) "İlin səfiri" mükafatına layiq görülüb. Bu barədə Trend -a cümə axşamı Azərbaycanın Türkiyədəki səfirliyindən bildiriblər.
"Bütün Anadoluda Fəaliyyət Göstərənlər və İşçilər Birliyi" ənənəvi olaraq, hər il, Türkiyəyə layihə və fəaliyyətləri ilə dəstək verən, xalqın təqdirini qazanmış dövlət adamları, nazirlər, millət vəkilləri, bələdiyyə başçıları, vətəndaş cəmiyyəti təşkilatları, mətbuat və sənət adamlarına "Müvəffəqiyyətli Xidmət" mükafatları verməkdədir.