...

Azərbaycan Prezidenti hindistanlı həmkarını təbrik edib

Siyasət Materials 25 Yanvar 2010 20:08 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Hindistan Prezidenti xanım Pratibha Patilə ölkənin milli bayramı - Respublika günü münasibətilə təbrik məktubu göbdərib.
Azərbaycan Prezidenti hindistanlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Hindistan Prezidenti xanım Pratibha Patilə ölkənin milli bayramı - Respublika günü münasibətilə təbrik məktubu göbdərib. Məlumatı bazar ertəsi AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Ümidvaram ki, Azərbaycan-Hindistan münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim qarşılıqlı anlaşma, dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək", - təbrik məktubunda deyilir.

İlham Əliyev hindistanlı həmkarına ən xoş arzularını yetirib, dost Hindistan xalqına sülh və rifah diləyib.

Xəbər lenti

Xəbər lenti