...

Demokratik islahatlar və SQ-nin yenidən təşkili builki əməkdaşlığın əsas istiqaməti olacaq - Gürcüstanın NATO-dakı səfiri

Siyasət Materials 26 Yanvar 2010 12:43 (UTC +04:00)
Gürcüstan-NATO komitəsinin çərşənbə axşamı keçiriləcək iclasında 2010-cu il üzrə tədbirlər qrafikinin işlənib hazırlanması nəzərdə tutulur.
Demokratik islahatlar və SQ-nin yenidən təşkili builki əməkdaşlığın əsas istiqaməti olacaq - Gürcüstanın NATO-dakı səfiri

Gürcüstan, Tbilisi, 26 yanvar / Trend N.Kirsxaliya/

Gürcüstan-NATO komitəsinin çərşənbə axşamı keçiriləcək iclasında 2010-cu il üzrə tədbirlər qrafikinin işlənib hazırlanması nəzərdə tutulur. Bu barədə Gürcüstanın NATO yanında səfiri Qriqol Mqaloblişvili jurnalistlərə məlumat verib

"Biz faktiki olaraq Gürcüstan və NATO əməkdaşlığı çərçivəsində builki görüşlərin qrafikini hazırlayacağıq ki, bu da planlaşdırılmış iş üçün vacibdir", - Mqaloblişvili belə deyib.

Onun sözlərinə görə, əməkdaşlığın əsas məsələləri demokratikləşmə, islahatları davam etdirmək və ölkənin müdafiə sisteminin yenidən qurulmasıdır.

"Danışıqlar, əlbəttə ki, Gürcüstanın təhlükəsizliyini bütünlüklə təmin etmək və NATO-ya inteqrasiyasını tezləşdirmək və digər istiqamətlər üzrə də aparılacaq", - səfir əlavə edib.

Xəbər lenti

Xəbər lenti