...

Azərbaycan Prezidenti əvvəl qəbul olunmuş qanunun tətbiq edilməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 24 Fevral 2010 04:34 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2009-cu il 26 may tarixli 819-IIIQD nömrəli Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 1 fevral tarixli 950-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti əvvəl qəbul olunmuş qanunun tətbiq edilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2009-cu il 26 may tarixli 819-IIIQD nömrəli Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 1 fevral tarixli 950-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, bir ay müddətində:

- qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2009-cu il 26 may tarixli 819-IIIQD nömrəli Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 1 fevral tarixli 950-IIIQD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- öz səlahiyyətləri daxilində "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2009-cu il 26 may tarixli 819-IIIQD nömrəli Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 1 fevral tarixli 950-IIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

Xəbər lenti

Xəbər lenti