Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir A.Hüseynbala/
Azərbaycan Parlamentinin komitə sədri İhsan Doğramacının dəfn mərasimində iştirak edəcək.
"Parlamentin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərov görkəmli ictimai xadim, dünya şöhrətli alim İhsan Doğramacının dəfn mərasimində iştirak etmək üçün Ankaraya gedib", - şənbə günü Trend -a Milli Məclisin mətbuat xidmətindən bildirilib.
Komitə sədri Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan xalqının böyük dostu, ölkəmizin ali mükafatları olan "İstiqlal" və "Heydər Əliyev" ordenləri ilə təltif olunmuş İhsan Doğramacı ilə vida mərasiminə qatılacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]/