...

Gürcüstanın Baş naziri aprelin 8-9-da Qazaxıstana səfər edəcək

Siyasət Materials 8 Aprel 2010 12:51 (UTC +04:00)
Gürcüstanın Baş naziri Nika Qilauri aprelin 8-9-da Qazaxıstana səfər edəcək.
Gürcüstanın Baş naziri aprelin 8-9-da Qazaxıstana  səfər edəcək

Gürcüstan, Tbilisi, 8 aprel /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Baş naziri Nika Qilauri aprelin 8-9-da Qazaxıstana səfər edəcək.

Baş nazirin mətbuat katibi Nikoloz Mçedlişvilinin Trend-ə bildirdiyinə əsasən, o, Gürcüstan hökumətinin nümayəndə heyətinə başçılıq edəcək.

Astana səfəri çərçivəsində iqtisadi məsələlər üzrə Gürcüstan - Qazaxıstan hökumətlərarası iclası baş tutacaq. Gürcüstanın Baş nazirini hökumətin iqtisadi blokunun nazirləri müşayiət edəcəklər.

Səfər zamanı Qazaxıstan Baş naziri və Prezidenti ilə görüş planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti