...

Təkrarlanan tarix

Siyasət Materials 8 Aprel 2010 12:13 (UTC +04:00)

Viktoriya Javoronkova, Trend-in Avropa redaksiyasının şərhçisi

Ötən gün Qırğızıstanın Talas şəhərində başlayan iğtişaşlar artıq iki gündür davam edir. Hər şey müxalifətin yerli administrasiyanın binası yanında toplaşmasından başlayıb. Yüzlərlə adam Talas vilayətinin qubernatoru Beyşenbek Bolotbekovun istefasını tələb edib. Nümayişçilər, həmçinin, ölkə Prezidenti Kurmanbek Bakiyevin idarəçiliyinin əleyhinə çıxıblar. Onlar   Bakiyevi korrupsiyada və avtoritarizmdə ittiham edərək, onun portretini tapdalayıblar və yandırıblar. Gün ərzində nümayişçilərin sayı artmaqda davam edib. Bu barədə"Amerikanın səsi" bildirir.

Stan-TV kanalının baş redaktoru Kirill Stepaşokun məlumatına görə, etiraz edənlər milislə toqquşmalar zamanı yaralıların olması və hələ təsdiqlənməmiş məlumatlara görə, ölənlərin olduğu barədə məlumat yayıldıqdan sonra, ikinci dəfə administrasiyanın binasını zəbt ediblər. Stan-TV kanal bu yaxınlarda bir neçə müstəqil KİV ilə birgə Qırğızıstan hakimiyyəti tərəfindən bağlanılıb.

Bir neçə müxalifət lideri, o cümlədən, "Ata Meken" Partiyasının lideri Omurbek Tekebayev, Turat Madılvekov, Bolot Şerniyazov, Duyşenkul Çotonov, Ənvər Artıkov və Emil Kaptaqayev həbs olunublar.

Qırğızıstan KİV-in məlumatına görə, Sosial-Demokrat Partiyasının rəhbəri Almazbek Atambayevin yüzdən çox tərəfdarı liderin evini əhatəyə alaraq, hüquq-mühafizə orqanlarının onu həbs etməsinə imkan verməyiblər. Lakin bir neçə saatdan sonra Atambayevin "canlı sipəri" həbs olunub.

Lakin Qırğızıstan DİN nümayəndələri Talasda qurumun zəbt edilməsi faktını inkar edirlər. Onlar bildirirlər ki, sərxoş sakinlərdən ibarət dəstə binaya daxil olub, lakin tezliklə oranı tərk ediblər. Qırğızıstanın daxili işlər naziri Moldomus Konqantiyev qeyd edib ki, hakimiyyət şəhərdə vəziyyətə tam nəzarət edir. Öz növbəsində hökumət başçısı Daniyar Usenov deyib ki, ölkə hakimiyyəti müxalifət qüvvələri ilə dialoqa hər zaman hazırdır.

Səhər iğtişaşlar ölkənin paytaxtı Bişkekə də gəlib çatıb. Burada müxalifətlə milis əməkdaşları arasında toqquşmalar baş verib.

Bəzi yaşayış məntəqələrində başlayan kütləvi iğtişaşlarla əlaqədar Qırğızıstan Prezidenti Kurmanbek Bakiyevin fərmanı ilə ölkədə fövqəladə vəziyyət elan olunub. KİV-in məlumatına görə, iğtişaşlar zamanı müxalifət tərəfdarları dövlət administrasiyası və milisin binasını zəbt ediblər.

Görünür, ölkə sakinlərinin səbir kasası tükənib. Lakin hər şey 2005-ci ilin ssenarisinə uyğun ssenari üzrə baş verir. Beş il əvvəl oxşar hadisələr nəticəsində  Qırğızıstanın hazırkı Prezidenti Bakiyev hakimiyyətə gəldi. Onun tərəfdarları administrasiya binasını zəbt edərək, Əsgər Akayevin istefasını tələb edirdilər.  Lakin bu illər ərzində Bakiyev belə hadisələrə münasibətini kökündən dəyişib; o zaman o, təşkilatçıların sırasında idi, bu gün isə özü belə hərəkətləri cinayət adlandırır.

Qırğızıstanda baş verənlər tez və ya gec olmalı idi. Lakin aksiyaların miqyasını əvvəlcədən demək çətin idi. Qırğızıstan müstəqillik əldə etdikdən sonra, ölkədə tez-tez etiraz aksiyaları keçirilib. Lakin müşahidə olunduğu kimi, həm ötən ildə, həm də bu ilin əvvəlində aksiyalar kifayət qədər sakit keçib, mitinq iştirakçılarının sayı çox vaxt müxalifət tərəfindən şişirdilib, hakimiyyət tərəfindən azaldılıb. Müşahidəçilər artıq praktik olaraq 2009-cu ilin yayında Prezident seçkilərində vahid namizədin irəli sürə bilməyən dağınıq müxalifətin faydasız aksiyalarına adət edib. Seçkilərdən bir qədər əvvəl müxalifət liderlərindən birinin vahid namizəd qismində namizədliyi irəli sürülmədikdən sonra, müxalifətdən ayrılaraq prezident postuna namizədliyini müstəqil irəli sürüb. Lakin indiki aksiyalar kifayət qədər ciddi vüsət alıb. Bu barədə ən azı aksiya qurbanları haqqında məlumatlara əsasən mühakimə yürütmək olar. Bu, əvvəlki etiraz aksiyalar zamanı müşahidə olunmayıb.

Ölkə sakinlərini hakimiyyətə qarşı ciddi müqavimətə nə sövq edib?

Qırğızıstan sakinləri özlərinə təsəlli verirdilər ki, Prezident seçkilərindən sonra ölkədə vəziyyət, nəhayət ki, yaxşılığa doğru dəyişəcək. Lakin yenidən seçilmiş Bakiyev öz vədlərini yerinə yetirməyib.

Qırğızıstan sakinləri öz sosial vəziyyətlərindən, həm də Bakiyevin ölkəni necə idarə etməsindən narazıdır. Ölkənin elektrik enerjisi ilə təmin olunması, işədüzəlmə, KİV azadlığı ilə bağlı problemlər indiyədək həllini tapmayıb. Lakin problem bu məsələlərin indiyədək aktual olmasında yox, Qırğızıstan sakinlərinin ölkə rəhbərliyinin bu məsələlərin həlli ilə bağlı fəaliyyətini görməməsindədir. 

Lakin müxalifətin  ölkədə çevriliş etmək niyyəti baş tutsa belə, ölkə əhalisi üçün nəyinsə dəyişəcəyinə heç kim zəmanət verə bilməz. Çünki keçmiş müxalifətçinin hakimiyyətə gəlməsi o demək deyil ki, o əvvəllər özünün irəli sürdüyü tələblərin təmin olunmasına çalışacaq. Bu, Qırğızıstan əhalisinə "zanbaq inqilabı"ndan sonra ibrət dərsi olmalı idi. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti