...

NATO PA-nın nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb

Siyasət Materials 11 Aprel 2010 22:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir A.Hüseynbala/

NATO Parlament Assambleyası (PA) Siyasi Komitəsinin NATO tərəfdaşlığı üzrə alt komitəsinin nümayəndə heyəti aprelin 11-də Azərbaycana səfərə gəlib.

Azərbaycan Parlamentindən bazar günü Trend-ə bildiriblər ki, Alyansın nümayəndə heyətinin ölkəmizə səfərinin əsas məqsədi Azərbaycan ilə NATO arasında münasibətlərin mövcud durumunu müzakirə etməkdir.

Səfər çərçivəsində qonaqlar parlamentdə və digər dövlət orqanlarında görüşləri nəzərdə tutulub.

NATO-nun Cənubi Qafqaz dövlətləri - Azərbaycan, Gürcüstan və Ermənistan ilə əməkdaşlığı, əsasən, "Sülh naminə tərəfdaşlıq", "Fərdi tərəfdaşlıq üzrə fəaliyyət planı", həmçinin, "Planlaşdırma prosesi və analiz" proqramları əsasında həyata keçirilir. Həmin sənədlərdə tərəfdaş ölkələrin Şimali Atlantika Alyansı ilə müdafiə, təhlükəsizlik və hərbi siyasət sahələrində islahatlara dair məsləhətlərin aparılması üzrə məqsəd və niyyətləri müəyyən olunub.

İslahatların aparılmasına yardım göstərilməsi ilə yanaşı, NATO ilə Azərbaycan arasında əməkdaşlığın mühüm məqsədlərindən biri sülhməramlı əməliyyatların və böhrana çevik reaksiya əməliyyatlarının aparılması zamanı ölkənin silahlı qüvvələrinin qabiliyyətini NATO ölkələri qüvvələri ilə qarşılıqlı fəaliyyət səviyyəsində inkişaf etdirməkdir. 1999-cu ildən Azərbaycanın hərbi kontingenti NATO-nun Kosovoda, 2002-ci ildən isə Əfqanıstanda sülhməramlı əməliyyatların aparılmasına dəstək göstərib.

Xəbər lenti

Xəbər lenti