...

Polşa Prezidenti ilə vida mərasimində Gürcüstanın Parlament nümayəndə heyəti də iştirak edəcək

Siyasət Materials 12 Aprel 2010 13:50 (UTC +04:00)
Gürcüstan Parlament nümayəndə heyəti, Polşa nümayəndə heyətinin üzvləri ilə birlikdə Smolenskdəki təyyarə qəzasında faciəli şəkildə həlak olan Polşa Prezidenti Lex Kaçinskini və onun xanımını son mənzilə yola salacaq.
Polşa Prezidenti ilə vida mərasimində Gürcüstanın Parlament nümayəndə heyəti də iştirak edəcək

Gürcüstan, Tbilisi, 12 aprel /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Parlament nümayəndə heyəti, Polşa nümayəndə heyətinin üzvləri ilə birlikdə Smolenskdəki təyyarə qəzasında faciəli şəkildə həlak olan Polşa Prezidenti Lex Kaçinskini və onun xanımını son mənzilə yola salacaq.

Parlamentin sədri David Bakradzenin rəhbərlik edəcəyi nümayəndə heyətinin tərkibi və Varşavaya uçuşun vaxtı dəqiqləşdirilir.

Matəm mərasimində Gürcüstan Prezidenti Mixail Saakaşvili də iştirak edəcək. ABŞ Prezidenti Barak Obamanın dəvəti ilə nüvə təhlükəsizliyi sammitində iştirak etmək üçün Vaşinqtonda olan Saakaşvili bu səbəbdən səfərini dayandıracaq.

Hələlik Polşada Lex Kaçinskinin dəfn olunacağı vaxt və yer açıqlanmır.

Son məlumatlara görə, Polşa nümayəndə heyətinin 98 üzvünün, o cümlədən, prezidentin xanımı Mariya Kaçinskayanın olduğu təyyarə aprelin 10-da Smolenskdə yerə enərkən qəzaya uğrayıb. Təyyarənin bortunda olanların hamısı həlak olub.

Xəbər lenti

Xəbər lenti