Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Qambiyanın xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Usman Cammehin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Qambiyadan nazir səviyyəsində Azərbaycana ilk dəfə səfər olduğunu vurğulayan dövlətimizin başçısı bundan sonra qarşılıqlı səfərlərin davam edəcəyinə əminliyini bildirib. Prezident İlham Əliyev səfərin ikitərəfli əlaqələri, o cümlədən beynəlxalq məsələləri geniş müzakirə etmək üçün yaxşı imkan yaratdığını qeyd edib.
Qambiyanın xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Usman Cammeh Qambiya Prezidenti Yəhya Cammehin salamlarını dövlətimizin başçısına çatdırıb. Nazir Qambiya Prezidentinin Azərbaycan ilə əlaqələri inkişaf etdirməyə böyük önəm verdiyini vurğulayıb. Bu səfərin ölkəsi üçün çox əhəmiyyətli olduğunu deyən Usman Cammeh səfəri çərçivəsində əlaqələrimizin perspektivləri ilə bağlı səmərəli müzakirələr aparılacağına ümidvar olduğunu bildirib.
Dövlətimizin başçısı Qambiya Prezidenti Yəhya Cammehin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qambiyanın dövlət başçısına çatdırmağı xahiş edib.
Azərbaycan Prezidenti Qambiyanın xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Qambiyanın xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Usman Cammehin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.