Ukraynanın xarici işlər naziri Azərbaycana səfər edəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 22 Aprel 2010 16:30 (UTC +04:00)

RED. əlav.: səfirin sözləri əlavə olunub

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir V.Javoronkova/

Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko Azərbaycana səfər edəcək. Bu barədə cümə axşamı Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk jurnalistlərə bildirib.

Səfər zamanı iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq perspektivlərinin müzakirəsi planlaşdırılır.

Səfir XİN rəhbərinin səfərinin tarixini açıqlamayıb və bildirib ki, bu məsələ hələ razılaşdırılır.

Diplomatın sözlərinə görə, yaxın günlərdə Azərbaycan və Ukrayna arasında ticari-iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın VIII iclası keçiriləcək. "Hökumətlərarası komissiyanın fəaliyyəti tamamilə şəffafdır, sistem dəqiq işlənib hazırlanıb. Düşünürəm ki, baş nazirlər səviyyəsində də normal dialoq baş tutacaq", - o deyib.

"Bundan sonra isə prezidentlərin səfərlərini təşkil etmək olar. Prezidentlər daim öz aralarında əlaqə saxlayırlar, onların yaxşı münasibətləri var, onlar bir-biriləri ilə çoxdan tanışdırlar", - Klimçuk qeyd edib.

Səfir həmçinin bildirib ki, gələn il Ukrayna Prezidenti Viktor Yanukoviçin Azərbaycana rəsmi səfəri planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti