...

Türkiyə Naxçıvan MR-in gələcəyində fəal iştirak edir - Türkiyənin XİN rəhbəri

Siyasət Materials 28 Aprel 2010 10:25 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çərşənbə axşamı bildirib ki, onun ölkəsinin Qars müqaviləsinə sədaqətinə şübhə ola bilməz. Məlumatı "Anadolu" agentliyi yayıb.
Türkiyə Naxçıvan MR-in gələcəyində fəal iştirak edir - Türkiyənin XİN rəhbəri

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çərşənbə axşamı bildirib ki, onun ölkəsinin Qars müqaviləsinə sədaqətinə şübhə ola bilməz. Məlumatı "Anadolu" agentliyi yayıb.

Ankarada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ilə görüşündən sonra jurnalistlərin qarşısında çıxış edən Davudoğlu deyib: "Türkiyə Naxçıvanın gələcəyində fəal iştirak edib və bunu davam etdirəcək".

Qars müqaviləsi barədə sualın cavabında Davudoğlu deyib ki, müqavilənin hüquqi qüvvəsi ilə bağlı heç bir şübhə yoxdur.

"Türkiyə Naxçıvanın statusunun qarantıdır - bu məlumdur. Bu, beynəlxalq hüququn tələbi və Türkiyənin vəzifəsidir", - Davudoğlu bildirib.

"Naxçıvanın təhlükəsizliyi və rifahı bizim təhlükəsizliyimiz və rifahımızdır", - Davudoğlu deyib.

Davudoğlu və Talıbov Türkiyə və Naxçıvan MR arasında iqtisadi və mədəni əlaqələri müzakirə ediblər.

"Biz yaxın vaxtlarda Türkiyə hava yollarının İstanbuldan Naxçıvana reyslərə başlaması üçün səy göstərəcəyik", - Davudoğlu deyib.

Talıbov, həmçinin, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ilə görüşüb. Görüş bir saata yaxın davam edib. Məlumatı "Cihan" agentliyi yayıb.

Xəbər lenti

Xəbər lenti