...

Azərbaycan Prezidenti təbii fəlakətin aradan qaldırılması üçün müvafiq göstərişlər verir - spiker Oqtay Əsədov

Siyasət Materials 11 May 2010 12:41 (UTC +04:00)
Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədov çərşənbə axşamı keçirilən iclasda bildirib ki, Prezident İlham Əliyev Kür çayının məcrasının dəyişməsi nəticəsində təbii fəlakətə məruz qalan rayonları bir-bir gəzir və bu fəlakətin aradan qaldırılması üçün müvafiq göstərişlər verir.
Azərbaycan Prezidenti təbii fəlakətin aradan qaldırılması üçün müvafiq göstərişlər verir - spiker Oqtay Əsədov

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədov çərşənbə axşamı keçirilən iclasda bildirib ki, Prezident İlham Əliyev Kür çayının məcrasının dəyişməsi nəticəsində təbii fəlakətə məruz qalan rayonları bir-bir gəzir və bu fəlakətin aradan qaldırılması üçün müvafiq göstərişlər verir.

Əsədov deyib ki, müvafiq qurumlar təbii fəlakəti aradan qaldırmaq üçün bütün sutkanı fasiləsiz işləyirlər.

Trend-in arayışı: Son günlər ərzində yağan intensiv yağışlar nəticəsində Kürün məcradan cıxması səbəbindən, 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev uçub, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələri su altında qalıb.

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov dünən jurnalistlərə bildirib ki, Kür çayının bəzi yerlərində suyun səviyyəsinin 1 metrə qədər azalması müşahidə olunur.

"Artıq böhranlı vəziyyətdən çıxmışıq. Hazırda uçulmuş bəndlərin bərpası işi gedir. İki-üç günə bəndlərin tam bərpası başa çatacaq", - Heydərov deyib. Nazirin sözlərinə görə, köçürülmüş 9 kəndin əhalisinin normal vəziyyətdə yaşaması üçün lazımi tədbirlər görülüb.

Xəbər lenti

Xəbər lenti