...

Belarus Prezidenti iyunun sonuna qədər Azərbaycana səfər edəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 1 İyun 2010 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir Т.Konyayeva/

Belarus Prezidenti Aleksandr Lukaşenko iyunun sonuna qədər Azərbaycana səfər edəcək, - çərşənbə axşamı Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviç jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, hal-hazırda səfər proqramı ilə bağlı müzakirələr aparılır. Paskeviç qeyd edib ki, Lukaşenkonun səfəri iki ölkə arasında əlaqələrin inkişafında yeni təkan yaradacaq.

"Səfər çərçivəsində ikitərəfli sənədlərin imzalanması gözlənilirmi?" sualına cavab verən diplomat qeyd edib ki, iki ölkə arasında 50-yə yaxın dövlət, ölkə və strukturlararası sazişlər imzalanıb. O, həmçinin vurğulayıb ki, hal-hazırda işlər arasında 20-yə yaxın belə sənəd vardır ki, onlardan 10-u imzalanmaq üçün planlaşdırılıb. "Hələ hansı sənədlərin imzalanacağını əvvəlcədən demək tezdir. Yalnız investisiyanın qorunması haqqında qarşılıqlı razılaşma imzalanacağı məlumdur. Bu sənəd artıq bütün səviyyələrdə təsdiq olunub".

Paskeviç, həmçinin, əlavə edib ki, iyunun 2-də Bakıda hökumətlərarası komissiyanın altıncı iclası keçiriləcək.

Diplomatın sözlərinə görə, iki ölkə arasında lift avadanlıqlarının, optik məhsulların istehsalı kimi layihələrin həyata keçirilməsi planlaşdırılıb.

"İki ölkə arasında kənd təsərrüfatı sahəsində fəal əməkdaşlıq əlaqələri vardır. Aqroşəhərlərin yaradılması, kənd sakinləri üçün sosial-məişət xidmətləri kompleksi planı da mövcuddur. Komissiya İT-texnologiyaları məsələsini, xüsusilə də Belarus tərəfdən təsdiq olunmuş Avropa-Asiya körpüsünün yaradılması layihəsini də gözdən keçirəcək.Tikinti və memarlıq sahəsində əməkdaşlığa gəldikdə, qeyd etmək lazımdır ki, Belarus mütəxəssisləri Bakının dənizkənarı hissəsinin inkişafı üzrə işlər görürlər", - Paskeviç bildirib.

İki ölkənin rabitə nazirlikləri arasında investisiyanın tamamilə qorunması haqqında müqavilənin imzalanması gözlənilir.

"Belarus tərəfi, həmçinin, Azərbaycan neftinin Belarusun neft emal edən müəssisələrinə Ukrayna ərazisindən keçərək nəqlinin optimallaşdırılması məsələsinə baxacaq", - diplomat məlumat verib.

Xəbər lenti

Xəbər lenti