Gürcüstan, Tbilisi, 3 iyun /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstanın XİN-də cümə axşamı xarici işlər naziri Qriqol Vaşadze və ABŞ-ın Gürcüstandakı səfiri Con Bas arasında görüş keçirilib.
Tərəflər Gürcüstan və ABŞ arasında olan tərəfdaşlıq xartiyası tərəfindən müəyyən olunmuş istiqamətlərin həyata keçirilməsi məsələsini, həmçinin ikitərəfli münasibətlərin gələcək inkişafının perspektivlərini müzakirə ediblər. Bu barədə XİN-in mətbuat departamentindən məlumat verilib.