...

Mixail Saakaşvili İspaniyaya səfər etmək üçün rəsmi dəvət alıb

Siyasət Materials 8 İyun 2010 12:58 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili yaxın günlərdə İspaniyaya rəsmi səfər edəcək. Gürcüstanın Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu barədə Gürcüstan xarici siyasət idarəsinin rəhbəri Qriqol Vaşadze İspaniyanın xarici işlər naziri Anxel Moratiposla Madriddə keçirdikləri görüşdə bəyan edib.
Mixail Saakaşvili İspaniyaya səfər etmək üçün rəsmi dəvət alıb

Gürcüstan,Tbilisi, 8 iyun /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvili yaxın günlərdə İspaniyaya rəsmi səfər edəcək. Gürcüstanın Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu barədə Gürcüstan xarici siyasət idarəsinin rəhbəri Qriqol Vaşadze İspaniyanın xarici işlər naziri Anxel Moratiposla Madriddə keçirdikləri görüşdə bəyan edib.

İspaniya kralı tərəfindən olunan dəvət Gürcüstanın xarici işlər nazirinə onun ispan həmkarı vasitəsilə rəsmi şəkildə çatdırıldı.

İki ölkə nazirləri görüş çərçivəsində gəlirlərə, kapitala qoyulan ikiqat vergi və vergilərin ödənilməməsinin qarşısını almaq barədə saziş imzaladılar. Onlar ikitərəfli maraqları əhatə edən məsələləri müzakirə etdilər və Gürcüstanla İspaniya arasında geniş əməkdaşlıq üçün qanunverici bazanın inkişafı haqqında fikirlərini ifadə etdilər.

Nazirlər, həmçinin, Gürcüstanın Avropa cəmiyyətinə, NATO-ya inteqrasiyası, eləcə də Gürcüstanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı məsələləri müzakirə ediblər.

Vaşadzenin bəyan etdiyi kimi, Avropanın Gürcüstana marağını göstərən Tbilisi ilə Madrid arasında əlaqələr daha da intensivləşir. O, həmçinin, İspaniyaya Gürcüstanın Avropa cəmiyyətinə inteqrasiyası üçün Avropa İttifaqı sədri kimi göstərdiyi səylərə görə öz minnətdarlığını bildirib.

Səfər çərçivəsində, həmçinin, gürcü-ispan siyasi məsləhətləşmələri təşkil olunub. Danışıqlarda Gürcüstan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Aleksandr Nalbandov rəhbərlik edib. Məsləhətləşmələrdə əsas diqqət iqtisadi əlaqələrin gücləndirilməsinə yönəldilib və bu istiqamətdə səylərin artırılması barədə razılığa gəlinib.

Tərəflər mövcud sahədə tez-tez görüşmək barədə razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti