...

İranın beynəlxalq arenada nüvə "tənhalığı" dönməz xarakter alıb – Trend-in icmalçısı

Siyasət Materials 11 İyun 2010 09:00 (UTC +04:00)
Çərşənbə günü BMT Təhlükəsizlik Şurası uranın zənginləşdirilməsi ilə bağlı işləri dayandırmaqdan imtina etməsi ilə əlaqədar İrana qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan yeni qətnamə qəbul edib.
İranın beynəlxalq arenada nüvə "tənhalığı" dönməz xarakter alıb – Trend-in icmalçısı

Polad Həmidov, Trend-in icmalçısı

Çərşənbə günü BMT Təhlükəsizlik Şurası uranın zənginləşdirilməsi ilə bağlı işləri dayandırmaqdan imtina etməsi ilə əlaqədar İrana qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan yeni qətnamə qəbul edib.

Lakin İranın hakim elitası BMT sanksiyalarını Qərbin yalnız səmərəsiz fəaliyyəti kimi qiymətləndirib. Prezident Mahmud Əhmədinejad bu sanksiyaları "ağız silib, sonra zibilqabına atılan kağız dəsmal" adlandırıb.

Sənədin lehinə BMT TŞ-nın 15 üzvündən 12-si, Türkiyə və Braziliya əleyhinə səs verib, Livan bitərəf qalıb. Ənənəvi olaraq İrana münasibətdə təmkinli olmağa çağıran Rusiya və Çin də sanksiyaları dəstəkləyiblər.

İran hökumətinin sanksiyaların qarşısını almağa göstərdiyi cəhdlər və geçikmiş güzəştlər uğurla nəticələnmədi; buna baxmayaraq, "iflicedici" iqtisadi sanksiyalar qətnamə layihəsindən çıxarıldı. Daha doğrusu, may ayında İran, Türkiyə və Braziliya arasında Türkiyə ərazisində İran uranının mübadiləsi ilə bağlı əldə olunan üçtərəfli saziş İranın nüvə proqramı ətrafında gərginliyin bir qədər yaranmasına gətirib çıxartdı. Beləliklə, İran, nüvə silahına malik olmayan Türkiyə və Braziliyanın dəstəyini əldə etdi.

Qətnamənin qəbul edilməsi ilə bağlı Ankaranın rəsmi reaksiyası tamamilə adekvat oldu. Türkiyə XİN çərşənbə günü BMT TŞ-nin qəbul etdiyi qətnaməni "səhv" adlandırıb. "Qəbul edilən qərarla İranın nüvə proqramı ətrafında vəziyyətin diplomatik vasitələrlə nizamlanması yollarında çətinlik yaradacağı ilə bağlı qorxu var", -Türkiyə XİN-in bəyanatında deyilir.

Bu, BMT TŞ tərəfindən Tehranın nüvə proqramı ilə bağlı beynəlxalq tələbləri yerinə yetirməməsi üzündən qəbul olunan sayca beşinci qətnamədir. Bundanəvvəlki dörd qətnamə 2006-2008-ci illərdə qəbul edilib. Bu sanksiyaların təşəbbüskarının ABŞ olduğu faktı nəzərə alınarsa, sonuncu qətnamənin qəbul olunmasından sonrakı ikiillik fasilə, ilk növbədə, dünya maliyyə böhranı və Prezident Obamanın İslam Dünyası ilə münasibətləri yaxşılaşdırmaq cəhdləri ilə bağlıdır.

Bütün bu müddət ərzində ABŞ-ın İrana münasibəti yenə də dəyişməyib. Burası da var ki, İran öz nüvə proqramından imtina etməyib. Daha doğrusu, Obama administrasiyası Tehranla münasibətlərinə taktiki dəyişikliklər edərək, strateji məqsədləri dəyişməz saxlayıb. Ötən ay elan olunan ABŞ-ın milli təhlükəsizlik üzrə yeni strategiyasında İranla münasibətdə siyasi tezislərin dəyişməz qalması təsaddüfi deyil.

Rusiya və Çin tərəfindən sanksiyaların dəstəklənməsi İranın çox "xətrinə dəyə" bilər. İran Prezidenti Mahmud Əhmədinejadın Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iyunun 10-11-də Daşkənddə keçiriləcək sammitində iştirakdan imtina etməsi BMT TŞ-da Rusiya və Çinin mövqeyinə cavab olaraq, Tehranın "sakit etirazı" kimi qiymətləndirilə bilər.

ŞƏT-də müşahidəçi statusuna malik olan İran həmişə bu təşkilata üzv olmağa çalışır. Daha doğrusu, İslam Respublikası dünyanın birqütblü siyasətinə qarşı çıxış edən güclü müttəfiqlər tapmağa çalışır. ABŞ-ın geosiyasi maraqlarının artıq çoxdan regiona nüfuz etməsi faktını nəzərə alsaq, ŞƏT-in NATO əleyhinə güclü hərbi-siyasi bloka çevrilməsi imkanları istisna olunmur. İranın Şanxay Əməkdaşlıq Təşkilatına qəbul edilməsi isə bu prosesi yalnız sürətləndirə bilər. Lakin təşkilat belə miqyasda genişlənməyə hələ hazır deyil. Görünür, Moskva və Pekin yeni üzvlərin qəbuluna tələsmirlər.

Xəbər lenti

Xəbər lenti