...

Azərbaycanda parlament seçkilərində vətəndaş cəmiyyətinin rolu müzakirə olunub

Siyasət Materials 11 İyun 2010 19:54 (UTC +04:00)
Vətəndaş cəmiyyətinin seçki məsələlərində fəallaşması zəruridir. Trend-in məlumatına görə, bu sözləri cümə günü Azərbaycan Media Mərkəzində (AMM) "Parlament seçkilərində vətəndaş cəmiyyətinin rolu" mövzusunda "dəyirmi masa"da Prezident Administrasiyası yanında Strateji Araşdırmalar Mərkəzinin baş elmi işçisi Tahirə Allahyarova deyib.
Azərbaycanda parlament seçkilərində vətəndaş cəmiyyətinin rolu müzakirə olunub

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir N.İsmayılova/

Vətəndaş cəmiyyətinin seçki məsələlərində fəallaşması zəruridir. Trend-in məlumatına görə, bu sözləri cümə günü Azərbaycan Media Mərkəzində (AMM) "Parlament seçkilərində vətəndaş cəmiyyətinin rolu" mövzusunda "dəyirmi masa"da Prezident Administrasiyası yanında Strateji Araşdırmalar Mərkəzinin baş elmi işçisi Tahirə Allahyarova deyib. O, vətəndaş cəmiyyəti nümayəndələrinin bu il gecikməsinə diqqət yönəldərək, ötən parlament seçkilərində siyasi partiyaların və vətəndaş cəmiyyətinin aprel ayından fəal işlərə başladığını deyib.

Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Digər çıxış edənlər bu il keçiriləcək parlament seçkilərində vətəndaş cəmiyyətinin fəal iştirak etməsinin zəruri olduğunu bildirməklə yanaşı, azad və ədalətli seçki mühitinin yaradılmasında qeyri-hökumət təşkilatlarının verə biləcəyi töhfələrdən söz açıblar.

Sonda Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə yaxın vaxtlarda vətəndaş cəmiyyəti və seçkilər mövzusunda daha geniş tədbirin keçiriləcəyi bildirilib və QHT nümayəndələrinin bu tədbirə konkret təkliflərlə gəlməsi tələb olunub.

Xəbər lenti

Xəbər lenti