...

İran uranzənginləşdirmə planını davam etdirəcək

Siyasət Materials 14 İyun 2010 17:53 (UTC +04:00)
İranın Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndəsi Əli Əsgər Sultaniyyə (Ali Asghar Soltaniyyeh) Trend News-a bildirib ki, İranın BMT Təhlükəsizlik Şurasının yeni qətnaməsinə reaksiyası rəsmi Tehran tərəfindən araşdırılır; lakin məlum olan "konkret qərar" bundan ibarətdir ki, İran qətnamənin tələblərinə baxmayaraq, uranın zənginləşdirmə prosesini davam etdirəcək. "Bizim qətnaməyə reaksiyamız, əvvəlki qətnamələrdə olduğu kimi, nüvə fəaliyyətimizi davam etdirməkdir. Biz bir saniyə də uranın zənginləşdirilməsini dayandırmayacağıq", - deyə Sultaniyyə telefonla Vyanadan Trend-ə bildirib.
İran uranzənginləşdirmə planını davam etdirəcək

İranın Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndəsi Əli Əsgər Sultaniyyə (Ali Asghar Soltaniyyeh) Trend -a bildirib ki, İranın BMT Təhlükəsizlik Şurasının yeni qətnaməsinə reaksiyası rəsmi Tehran tərəfindən araşdırılır; lakin məlum olan "konkret qərar" bundan ibarətdir ki, İran qətnamənin tələblərinə baxmayaraq, uranın zənginləşdirmə prosesini davam etdirəcək. "Bizim qətnaməyə reaksiyamız, əvvəlki qətnamələrdə olduğu kimi, nüvə fəaliyyətimizi davam etdirməkdir. Biz bir saniyə də uranın zənginləşdirilməsini dayandırmayacağıq", - deyə Sultaniyyə telefonla Vyanadan Trend-ə bildirib.

BMT Təhlükəsizlik Şurası (TŞ) iyunun 9-da İranın nüvə proqramını dayandırmaq məqsədi ilə yeni qətnamə qəbul edib. 1929 saylı bu qətnamənin BMT TŞ üzvlərinin 12-si lehihə, 2-si (Türkiyə və Braziliya) əleyhinə səs verib. Livan isə bitərəf qalıb.

Sultaniyyə bildirib ki, İran Qərb ölkələrinə güvənmədiyi və inanmadığı üçün özü birbaşa uranın zənginləşdirilməsini davam etdirir. Onun sözlərinə görə, İranda tikiləcək nüvə reaktorlarının yanacağının təmini üçün heç bir zəmanət yoxdur və rəsmi Tehran məcburdur ki, özü uranı zənginləşdirsin.

İranın BAEA-dakı nümayəndəsi Rusiyanın 10 ildən artıq Buşəhr nüvə stansiyasının tikilişini gecikdirdiyini nümunə gətirərək bildirib ki, rəsmi Moskva yalnız bu stansiyanın reaktorunun birillik yanacağını İrana təhvil verib; baxmayaraq ki 1000 mqvat elektirk istehsalı qabiliyyəti olan Buşəhr nüvə stansiyası, ən azı, 30 il işləməlidir.

Buşəhr nüvə stansiyasının tikilişi 90-ci illərdə Rusiyaya təhvil verilib. Rusiya bildirib ki, bu il yayın sonunda stansiyanın tikilişi qurtaracaq. Rusiya dəfələrlə bu stansiyanın tikilişini gecikdirib.

Rusiya iki il bundan əvvəl 110 ton həcmində (birillik yanacaq) uran yanacağını İrana təhvil verib. İki ölkə arasında 10 il Büşəhrin yanacağının təmini üçün müqavilə var.

Sultaniyyə İranda uranın 20 faizədək zənginləşdirilməsinin davam etdiriləcəyini bildirərək hesab edir ki, Qərb İranın Əmirabad nüvə laboratoriyasının yanacağının təmininə meyilsizdir.

"20 il bundan əvvəl BAEA-dan istədik ki, Əmirabad reaktorunun 20 faizlik uran yanacağını təmin etsin. Amma bu yanacağı istehsal edən heç bir Qərb ölkəsi razılıq bildirmədi, nəhayət, Argentinadan cavab aldıq. İndi də həmin tələblə müraciət etmişik, yenə də Qərb imtina edir. Bu reaktorda radiodərmanlar istehsal olunur və Qərb bu yanacağı verməkdən imtina etsə, özümüz istehsal edəcəyik", - deyə İranın BAEA-dakı nümayəndəsi təkildə bildirib.

Əmirabad nüvə laboratoriyası 45 il bundan əvvəl ABŞ tərəfindən tikilib. Rəsmi Tehranın verdiyi məlumata əsasən, bu laboratoriyada istehsal olunan dərmanlara 800 min xəstənin ehtiyacı var. İran 2010-cu ildən etibarən birbaşa özü uran qazını 20 faiz zənginləşdirməyə başlayıb, lakin uran qazını hansı texnologiya ilə uran yanacağına çevirəcəyi məlum deyil. Dünyada ABŞ, Fransa və Argentina kimi ölkələrdə 20 faizlik uran yanacağı borularını istehsaletmə texnologiyaları var.

İran, Rusiya, ABŞ və Fransa 2009-cu ilin oktyabrında Vyanada keçirdikləri iclada uran mübadiləsi barədə razılıq əldə etsələr də, İran sonra bundan imtina etdi. 2010-cu ilin may ayında, Braziliya və Türkiyənin vasitəçiliyi ilə rəsmi Tehran uran mübadiləsinə razılıq bildirdi. Razılığa əsasən, İran 1200 kq zəif uranı Türkiyəyə göndərib, bir ildən sonra, 120 kq 20 faizlik uran yanacağı təhvil almalı idi.

Sultaniyyə əlavə edib ki, heç bir beynəlxaq sənəd və konvensiya yoxdur ki, uranın hansı dərəcədə zənginləşdirilməsinə limit qoysun. Onun sözlərinə görə, İran BAEA-nın nüvəsizləşdirmə konvensiyasına (NPT) üzvdür və haqqı var ki, uranı istədiyi dərəcədə zənginləşdirsin.

Sultaniyyə bildirib ki, İran beynəlxalq səviyyədə öz öhdəliklərinə məsuliyyətlə yanaşır və İranın uranzənginləşdirmə planı tamamilə BAEA-nın nəzarəti altındadır.

Qərb İranın nüvə proqramının mahiyyətindən şübhələnir. ABŞ, İsrail və bir sıra Avropa ölkələri İranın nüvə silahı istehsal etmək niyyətində olduğundan şübhələnirlər. İran bunu rədd edir. İndiyədək BMT TŞ İranın nüvə proqramını dayandırmaq üçün bu ölkəyə qarşı 6 qətnamə qəbul edib. Qətnamələrin 4-nə iqtisadi sanksiyalar daxil olunub.

İsrailin Nüvə Proqramı

Bloklara Qoşulmamaq Hərəkatı ölkələri və ərəb dövlətləri sərt formada Beynəlxalq Atom Enerjisi üzrə Agentliyin (MAQATE) baş direktoru Yukiya Amanodan İsraildə olması düşünülən nüvə silahına dair hesabat hazırlamağı və İsraili onun nüvə potensialı haqda məlumat verməyə məcbur etməyi tələb edib. Bunu İranın MAQATE-dəki nümayəndəsi Əli Əsgər Soltaniyyə deyib.

İlk dəfə olaraq 20 ildən sonra nümayəndə heyəti başçıları səviyyəsində Vyanada MAQATE-də İsrailin nüvə proqramı haqqında məsələ qaldırılıb.

"MAQATE-nin bugünkü iclası Nyu-Yorkda keçirilmiş Nüvə Silahının Yayılmaması Haqqında Müqaviləyə yenidən baxılması üzrə konfransdan sonra İsrailə göstərilən ikinci təzyiqdir. Hal-hazırda İsrail güclü xarici təzyiq altındadır", - iclasda iştirak edən Soltaniyyə Trend-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, MAQATE-yə üzv bir çox ölkələrin bu dərəcədə sərt tələblərinin səbəbi "Azadlıq donanması" ətrafında baş vermiş son hadisələrdir.

Bir həftə bundan əvvəl İsrail HDQ Aralıq dənizində Qəzzanın blokada altında olan sektoruna tərəf üzən, içində humanitar yük və hüquq müdafiəçilərinin nümayəndə heyəti olan 6 gəmini saxlayıb. Əməliyyat zamanı "Azadlıq donanması"nın 9 iştirakçısı həlak olub, onlarca insan yaralanıb, yüzlərlə iştirakçı həbsə alınıb və sonra deportasiya edilib. Həmçinin, fələstinpərəst fəalların sərt müqaviməti ilə rastlaşan 7 İsrail "kommandos"u yaralanıb. Beynəlxalq ictimaiyyət bu hadisələrin təcili araşdırılmasını tələb edib.

MAQATE-dəki İran nümayəndəsi, həmçinin, əlavə edib ki, Vyanada bugünkü müzakirələrdə ABŞ və bəzi Avropa dövlətləri istisna olmaqla, ölkələrin əksəriyyəti belə bir fikrə gəlib ki, İsrail nüvə silahının yayılmaması haqda müqaviləyə qoşulmalı və özünün nüvə reaktorlarını MAQATE-nin nəzarəti altına verməlidir.

Soltaniyyə deyib ki, analoji qərar Nyu-Yorkda may ayında keçirilmiş konfransın yekun bəyanatında da mövcuddur.

Hərbi bloklarda iştirak etməmək prinsipi üzrə 118 dövləti birləşdirmiş Bloklara Qoşulmamaq Hərəkatının bütün ölkələri bu qərarın lehinə səs verib. Hərəkatın başçısı hal-hazırda Misirdir.

İsrailin öz ərazisində olması zənn edilən nüvə obyektləri ətrafında apardığı "kölgəli" siyasət, ərəb dövlətləri və Türkiyənin fikrincə, Nüvə Silahının Yayılmaması Haqqında Müqavilənin 1995-ci ildəki qətnaməsinə əsasən, Yaxın Şərqdə nüvəsiz zonanın yaradılmasında bir əngəl olaraq qalır. İsrail, onda nüvə silahının olmasını nə inkar edir, nə də ki boynuna alır. O, bu sahədə hansısa beynəlxalq əməkdaşlıqdan, o cümlədən, Hindistan və Pakistanla bərabər, Nüvə Silahının Yayılmaması Haqqında Müqaviləyə qoşulmaqdan imtina edir.

İsraildə belə hesab edirlər ki, "nüvə sükutu" siyasəti, bölgədə təhlükəsizliyə və stabilliyə əngəl yaratmadığı halda, istənilən ölkənin milli maraqlarına uyğun gəlir.

Amanonun məruzəsi və uran mübadiləsi

Sultaniyyə bildirib ki, Amanonun sonuncu məruzəsində texniki problemlər vardır, o cümlədən, İranın uran mübadiləsi ilə bağlı razılığının bu məruzədə əks olunmamasıdır. NAM ölkələri də buna etiraz etdi və Amanodan mərusəzində İran tərəfinin fikirlərini və baxışlarını da əks etdirməyi istədilər. "Bizim Amanonun məruzəsinə kəskin etirazımız var və bu məruzəni balanslı hesab etmirik", - deyə Sultaniyyə əlavə etdi.

"BMT TŞ 1929 saylı qətnaməni elə bir zamanda səsverməyə çıxardı ki, həmin günün səhəri (9 iyun) Vyana qrupu İran - Braziliya - Türkiyə sazişinə cavablarını BAEA-yə təhvil vermişdilər. Bu bizim üçün çox çaşdırıcı oldu. Vyana qrupundan cavab aldığımız gün bizim əleyhimizə BMT TŞ-də qətnamə səsverməyə çıxarıldı. Əslində, qətnamənin belə tələsik qəbulu bizi heyrətə gətirdi. Bu göstərir ki, Qərbin İranın nüvə proqramı ilə bağlı məntiqəsığmaz mövqeyi var", - Soltaniyyə vurğuladı.

Nüvə obyektlərinin bombardmanı

Bu həftə BAEA-da müzakirəyə çıxarılan digər mövzu, İsrailin 2007-ci ildə Suriyada yerləşən obyektləri bombardman etməsidir. İsrail iddia edir ki, bombardman etdiyi obyektlər nüvə obyektləri və reaktorlar idi; lakin burada iki sual yaranır:

- Nüvə obyektlərinin tikilişi hansı beynəlxalq qanuna ziddir?

- İsrailin bu haqda məlumatı var idisə, nə üçün BAEA-yə təqdim etmədən, özbaşına Suriyaya hücum edib?

İsrail bundan əvvəl də 1981-ci ildə İraqda nüvə obyektlərini bombardman etmişdi; hansı ki BAEA və BMT TŞ İsraili pislədi və bu ölkəyə qarşı qətnamə qəbul olundu. İndi də NAM ölkələri, ərəblər və biz çalışırıq, İsrailin Suriyaya hücumunu yenidən gündəmə gətirib, bu ölkəyə qarşı yeni qətnamə təsdiq etdirək.

Buşəhr nüvə stansiyası

Buşəhr nüvə stansiyası bəlkə də dünyada sənaye obyektləri arasında ən faciəli taleyi olan proyektdir. "İnqilabdan əvvəl 8 milyard marka (alman pulu) almanlara verdik, lakin inqilabdan sonra Almaniya bu plandan imtina etdi və obyekti yarımçıq qoydu. 1990-cı illərdə isə bir milyard dollar Rusiyaya verdik, hansı ki 10 ildir bu proyekti gecikdirir. Əlbəttə, müəyyən texniki problemlərin olduğunu biz qəbul edirik; lakin 5 ildə tikiləcək bir proyekti 15 ildə tikib-bitirməmək inandırıcı deyil. Biz Rusiyanın İran əleyhinə BMT TŞ sanksiyalarına səs verməsini nəzərə alsaq, belə bir qənaətə gəlirik ki, Rusiya qəsdən və siyasi səbəblərə görə bu proyektin tikilişini gecikdirir", - deyə Soltaniyyə bildirdi.

Xəbər lenti

Xəbər lenti