...

Azərbaycanın müxalif partiyasının Ali Məclisinin sədri istefa verib

Siyasət Materials 19 İyun 2010 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclisinin sədri tutduğu vəzifədən istefa verib.

Trend-in məlumatına görə, şənbə günü Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclisinin növbəti iclası keçirilib. İclasda Ali Məclisin sədri Zəlimxan Məmmədlinin tutduğu vəzifədən istefa verməsi ilə bağlı istefa ərizəsinə baxılıb və qəbul edilib.

Bundan sonra partiya sədri Mirmahmud Mirəlioğlu çıxış edərək, KXCP-nin fəaliyyəti, siyasi kursu və parlament seçkiləri qabağı atacağı addımlar haqqında danışıb.

Xəbər lenti

Xəbər lenti