Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir K. Zərbalıyeva/
Azərbaycanda metro stansiyasına bomba qoyulması barədə yalan məlumat verən şəxsin kimliyi müəyyən olunub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumata görə, iyunun 22-də saat 17:21 radələrində naməlum şəxs zəng edərək, metronun "28 May" stansiyasına bomba qoyulması barədə məlumat verib.
Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, məlumat təsdiqini tapmayıb.
Araşdırmalar zamanı yalan məlumat verilərkən istifadə edilən telefonun Abşeron rayon sakini Şükür Həsənova məxsus olduğu və zəngin onun 11 yaşlı nəvəsi tərəfindən edildiyi müəyyənləşdirilib.