Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir M.Əliyev/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun iyunun 28-30-da Almaniya Federativ Respublikasına rəsmi səfəri nəzərdə tutulub. Bu barədə XİN-in mətbuat xidməti cümə günü məlumat yayıb.
Səfər proqramı çərçivəsində iyunun 29-da Məmmədyarovun AFR Bundestaqının deputatları, AFR-in xarici işlər naziri Quido Vestervelle, "Körber Stiftung" fondunda AFR Bundestaqının millət vəkilləri, elmi fondların rəhbərləri və iş adamları, AFR Kansler Aparatında Kanslerin xarici və təhlükəsizlik siyasəti məsələləri üzrə müşaviri Kristof Hoygen ilə görüşləri və Xarici Siyasət Məsələləri üzrə Alman Cəmiyyətində çıxışı nəzərdə tutulub.
Səfər çərçivəsində ikitərəfli, regional və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında danışıqların aparılması planlaşdırılıb.