...

Azərbaycan XİN başçısı Rusiya, Fransa və ABŞ prezidentlərinin son bəyanatını yüksək qiymətləndirib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 30 İyun 2010 03:43 (UTC +04:00)

RED. əlavəsi: Yeni təfərrüatlar əlavə olunub

Almaniya, Berlin, 29 iyun /Trend, xüsusi müxbir O.Səttarov/

Azərbaycan XİN başçısı Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin son bəyanatını yüksək qiymətləndirib və vacibliyini təsdiq edib.

"İşğal işğaldır, və bunu hamı tanıyır. Əgər biz ermənilərin istədiklərini bilsək, mənim Dağlıq Qarabağ münaqişəsinin həllinə dair optimizmim güclənəcək. Əgər onlar Qarabağın anneksiyasını istəyirlərsə, bu mümkün deyil. Əgər onlar bölgənin müstəqilliyini təkid etməyə davam edərlərsə, zənnimcə bu da mümkün deyil", - Məmmədyarov iyunun 29-u Almaniya səfərinin çərçivəsindəki Bundestaqın deputatları ilə görüşü zamanı bildirib.

Məmmədyarovun sözlərinə görə o əmindir ki, Rusiya prezidenti Dmitri Medvedevin münaqişənin nizamlanması üçün çalışdığına əmindir.

"Medvedev başa düşür ki açıq-aşkar işğal faktı mövcuddur və erməni silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır", - nazir deyib.

Məmmədyarov onu da qeyd edib ki, münaqişənin nizamlanması üçün ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsi arasında qarşılıqlı etibar çox əhəmiyyətlidir.

"Əgər biz regionda sülhə nail olmaq istəyiriksə, bu sülh beynəlxalq hüquqa əsaslanmalıdır", - XİN başçısı bildirib.

Elmar Məmmədyarov həmçinin Azərbaycanın yenilənmiş Madrid prinsiplərini qəbul etdiyini bildirib.

"Prinsipcə, biz buna razılığımızı vermişik", - nazir bildirib.

Elmar Məmmədyarov bildirib ki, yenilənmiş Madrid prinsiplərini əsas müddəaları aşağıdakı kimidir: qalan iki rayonun beş ildən sonra azad olunması şərti ilə birinci mərhələdə yeddi rayondan beşinin azad edilməsi, kommunikasiyaların açılması (bu məsələdə Türkiyə-Ermənistan sərhədinin açılması məsələsi gündəmə gələcək), bərpa işlərinin keçirilməsi, qaçqınların öz evlərinə qayötması, əhalinin təklükəsizliyi təmin etmək üçün sülhməramlı qüvvələrin yerləşdirilməsi, Dağlıq Qarabağa geniş özünüidarəetməni təmin edən aralıq statusunun verilməsi; və ancaq sonda, tərəflər arasında etibarın bərpa olunmasından sonra, sakit şəraitdə Dağlıq Qarabağın son statusunu müzakirə etmək mümkün olacaq.

Nazir bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 16-17-də Astanada keçiriləcək ATƏT-in Xarici İşlər Nazirləri Şurasının çərçivəsində görüşünün ehtimalı ATƏT-in Misk qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı müzakirə olunacaq.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan XİN başçılarının Astanada görüşünün ehtimalı nazirlərin cədvəllərindən asılıdır.

Xəbər lenti

Xəbər lenti