Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir R.Daraxşan/
Hacıqabul-Bəhramtəpə yolunda, Kür çayı üzərindəki körpüdə təmir işlərinin aparılması ilə əlaqədər, yol çərşənbə günü saat 16:00 kimi bağlı olacaq. Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.
Bununla bağlı yol polisi sürücüləri alternativ yol ilə - Səlyan istiqamətinə istifadə etməyi xahiş edir.
Hacıqabul-Bəhramtəpə yolu müvəqqəti bağlanacaq
Qazıməmməd-Bəhramtəpə yolunda, Kür çayı üzərindəki körpüdə təmir işlərinin aparılması ilə əlaqədər, yol çərşənbə günü saat 16:00 kimi bağlı olacaq.
