...

Azərbaycan Baş Prokurorluğu Sumqayıt hadisələri ilə bağlı materialların istintaqa təqdim olunması üçün ictimaiyyətə müraciət edib

Siyasət Materials 30 İyul 2010 16:57 (UTC +04:00)
Baş Prokurorluğun internet saytının cümə günü yaydığı məlumata görə, istintaq qrupu tərəfindən 1988-ci il 27-29 fevral tarixlərdə Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşlarla əlaqədar cinayət işinin istintaqı davam etdirilir.
Azərbaycan Baş Prokurorluğu Sumqayıt hadisələri ilə bağlı materialların istintaqa təqdim olunması üçün ictimaiyyətə müraciət edib

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Respublikası Baş Prokurorluğu 1988-ci ildə Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşlarla bağlı materialların istintaqa təqdim olunması üçün ictimaiyyətə müraciət edib.

Baş Prokurorluğun internet saytının cümə günü yaydığı məlumata görə, istintaq qrupu tərəfindən 1988-ci il 27-29 fevral tarixlərdə Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşlarla əlaqədar cinayət işinin istintaqı davam etdirilir.

Hazırda həmin hadisələrdən uzun müddət keçməsinə baxmayaraq, 1988-ci ilin fevralında Sumqayıt şəhərində törədilmiş iğtişaşların Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi və bunun üçün dünya ictimaiyyəti qarşısında Azərbaycan xalqının mənfi imicini formalaşdırmaq məqsədilə müəyyən kənar qüvvələr tərəfindən təşkil olunmaqla həyata keçirilməsi istintaq materiallarında öz əksini tapır.

Bununla əlaqədar sübut əhəmiyyəti ola biləcək yazılı sənədlərin, kitabların, elmi araşdırmaların, qəzet və jurnal məqalələrinin, məktubların, habelə foto, video, kino və sair materialların istintaqa təqdim edilməsinin istintaqın tam, obyektiv və hərtərəfli aparılmasına köməklik göstərə biləcəyini nəzərə alaraq, vətəndaşlardan, habelə hüquqi və fiziki şəxslərdən məlum hadisələrə dair hər hansı məlumatı özündə əks etdirən materialların istintaqa təqdim olunmasını və ya ifadə vermələri üçün istintaq qrupuna müraciət etmələri xahiş olunur.

İstintaq qrupunun ünvanı: Bakı şəhəri, Azadlıq prospekti, 22. Tel.:498-95-36, 440-78-59.

Xəbər lenti

Xəbər lenti