...

Tbilisi yaxın gələcəkdə Avropa Liqasının finalını qəbul edə bilər

Siyasət Materials 10 Avqust 2010 17:14 (UTC +04:00)
Tbilisidə rəsmi səfərdə olan UEFA prezidenti Mişel Platini çərşənbə axşamı səhər Avropa Liqasının 2012 və ya 2013-cü illərdə final oyununun Tbilisidə keçirilməsinin mümkünlüyünü müzakirə edib. Bu barədə Platini ilə görüşdən sonra, "Tbilisi Kortiard" mehmanxanasında paytaxt meri Qigi Uqulava deyib.
Tbilisi yaxın gələcəkdə Avropa Liqasının finalını qəbul edə bilər

Gürcüstan, Tbilisi, 10 avqust /Trend, müxbir N.Kirsxaliya/

Tbilisidə rəsmi səfərdə olan UEFA prezidenti Mişel Platini çərşənbə axşamı səhər Avropa Liqasının 2012 və ya 2013-cü illərdə final oyununun Tbilisidə keçirilməsinin mümkünlüyünü müzakirə edib. Bu barədə Platini ilə görüşdən sonra, "Tbilisi Kortiard" mehmanxanasında paytaxt meri Qigi Uqulava deyib.

Görüşdə idman və gənclər naziri Nika Vardzelaşvili də iştirak edib.

"Platini bizə dedi ki, finalın keçirilməsi üçün bir neçə şərti yerinə yetirmək lazımdır. Bunlar yaxşı aeroport, yaxşı mehmanxana və futbol stadionudur", - Uqlulava bildirib.

O qeyd edib ki,Tbilisi bütün bu şərtlərə cavab verir, lakin bu istiqamətdə əlavə iş də aparmaq olar. "Tbilisi üçün Avropa Liqasının finalını keçirmək çox vacibdir və odur ki, şəhərin hakimiyyəti UEFA-nın bütün tələblərini yerinə yetirmək üçün əllərindən gələni edirlər", - o qeyd edib. Tbilisi artıq tələblərin "minimumdan çoxuna" cavab verir.

"Biz artıq Tbilisidə böyük futbol yarışmasının keçirilməsi barədə razılığa gəlmişik, lakin bunun konkret hansı yarışma olacağı, sonda müəyyənləşəcək", - mer deyib.

Xəbər lenti

Xəbər lenti