...

Azərbaycan məscidində yol verilmiş əxlaqsız hərəkətlərlə bağlı cinayət işi başlanılıb

Siyasət Materials 14 Avqust 2010 12:32 (UTC +04:00)
Göyçay şəhər məscidində yol verilmiş əxlaqsız hərəkətlərlə bağlı cinayət işi başlanılıb.
Azərbaycan məscidində yol verilmiş əxlaqsız hərəkətlərlə bağlı cinayət işi başlanılıb

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir M.Əliyev/

Göyçay şəhər məscidində yol verilmiş əxlaqsız hərəkətlərlə bağlı cinayət işi başlanılıb.

Respublika Prokurorluğu mətbuat xidmətinin şənbə günü yaydığı məlumata görə, rayon prokurorluğu tərəfindən aparılmış araşdırmalarla 29 iyul 2010-cu il tarixdə Göyçay şəhərinin Yuxarı məscidinin məscid-mədrəsə kompleksinin binasında həmin məscidin dini icmasının sədri Babayev Əsgər Nadir oğlunun Göyçay şəhər sakini Cəfərova Laləyə (ad və soyad şərti verilir) qarşı zor tətbiq edib, sonuncunun köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri törətməsi müəyyən edilmiş və faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanılmışdır.

Hazırda iş üzrə rayon prokurorluğunda istintaq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti