...

Azərbaycan və Rusiyanın birinci xanımları görüşüblər (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 3 Sentyabr 2010 17:33 (UTC +04:00)
Sentyabrın 3-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunda Rusiya Prezidentinin xanımı Svetlana Medvedeva ilə görüşüb.
Azərbaycan və Rusiyanın birinci xanımları görüşüblər (ƏLAVƏ OLUNUB)

RED. əlav.: birinci xanımların fikirləri əlavə olunub

Sentyabrın 3-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunda Rusiya Prezidentinin xanımı Svetlana Medvedeva ilə görüşüb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Birinсi xanımlar əvvəlcə Fondun fəaliyyəti, təhsil, elm, səhiyyə və digər sahələrdə həyata keçirdiyi layihələr haqqında bəhs edən filmə baxıblar.

Sonra Mehriban Əliyeva ilə Svetlana Medvedevanın görüşü olub.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bildirib ki, Fond Azərbaycanın tərəqqisinə yönələn, mədəniyyətimizin və ölkəmizin tarixinin geniş təbliği ilə bağlı görülən işləri dəstəkləyir. Azərbaycanın birinci xanımı deyib ki, rəhbərlik etdiyi qurum müxtəlif sahələri əhatə edən və cəmiyyəti düşündürən, ölkəmizin həqiqətlərinin dünyada təbliğ olunmasına yönələn genişmiqyaslı layihələr həyata keçirir. Fond bir sıra beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlıq edir.

Heydər Əliyev Fondunun Rusiya Prezidentinin xanımının rəhbərlik etdiyi Sosial-Mədəni Təşəbbüslər Fondu kimi geniş xeyriyyəçilik və irimiqyaslı sosial və humanitar layihələr həyata keçirdiyini söyləyən Mehriban xanım deyib ki, biz bir yerdə əməkdaşlıq çərçivəsində çox şeyə nail ola bilərik.

Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirən Rusiyanın birinci xanımı Svetlana Medvedeva görülən işlərin təqdirəlayiq olduğunu söyləyib. O, Fondun reallaşdırdığı layihələrin əhəmiyyətini xüsusi qeyd edərək Heydər Əliyev Fonduna gələcək fəaliyyətində uğurlar arzulayıb.

Rusiyanın birinci xanımı özünün rəhbərlik etdiyi Sosial-Mədəni Təşəbbüslər Fondunun fəaliyyəti haqqında məlumat verərək qurumun bir sıra iri layihələr həyata keçirdiyini söyləyib.
Görüşdə mədəni irsin qorunması sahəsində müzakirələr aparılıb. Birinci xanımlar fondlar arasında əlaqələrin inkişafı ilə bağlı razılığa gəliblər. Xeyriyyəçilik missiyası ilə bərabər, ölkələrimizin mədəniyyətlərinin təbliğatına da böyük diqqət ayrılmasının vacibliyi vurğulanıb.

Görüşdən sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Svetlana Medvedevaya xatirə hədiyyələri təqdim edib.

Rusiyanın birinci xanımı Heydər Əliyev Fondundan zəngin təəssüratlarla ayrılıb.

Xəbər lenti

Xəbər lenti