...

Mixeil Saakaşvili bu gün Bakıya səfərə gəlir

Siyasət Materials 13 Sentyabr 2010 10:52 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixeil Saakaşvili bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Gürcüstan Prezidenti mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Saakaşvili bu gün Azərbaycana rəsmi səfər edəcək.
Mixeil Saakaşvili bu gün Bakıya səfərə gəlir

Gürcüstan, Tbilisi, 13 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixeil Saakaşvili bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Gürcüstan Prezidenti mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Saakaşvili bu gün Azərbaycana rəsmi səfər edəcək.

Sentyabrın 14-də o, Bakıda Gürcüstan, Azərbaycan və Rumıniyanın maye qazın nəqli sahəsində əməkdaşlığına həsr olunmuş enerji sammitində iştirak edəcək.

"Sentyabrın 13-də Azərbaycan və Gürcüstan prezidentlərinin görüşü keçiriləcək, sentyabrın 14-də isə Gürcüstan, Azərbaycan və Rumıniya prezidentlərinin iştirak edəcəyi enerji sammiti keçiriləcək", - bu barədə Trend-ə Prezidentin mətbuat xidmətinin rəhbəri Natiya Bandzeladze məlumat verib.

Sentyabrın 13-də üç ölkənin enerji nazirlərinin görüşü planlaşdırılıb.

AGRI memorandumu (Azerbaijan-Georgia-Romania Interconnector) 2010-cu il aprelin 13-də Buxarestdə imzalanıb. Layihə Gürcüstanda qazın durulaşdırılması üzrə terminalın, Rumıniyada isə reqazifikasiya terminalının inşasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti