...

AGRİ layihəsinin böyük perspektivləri var və dünyada yeni nəql marşrutlarının çəkilməsi vacibdir – Gürcüstan Prezidenti Saakaşvili

Siyasət Materials 15 Sentyabr 2010 01:00 (UTC +04:00)
Azərbaycanın Avropa istiqamətində enerji təchizatında siyasi baxımdan heç bir dəyişiklik olmayıb. Azərbaycanın enerji ixracı sabit sürətlə artıb. Azərbaycan özünü sabit, proqnozlaşdırılan və etibarlı enerji təchizatçısı kimi təqdim edib. Bütün bu işlər şəffaf qaydada aparılıb, bunu Gürcüstan Prezidenti Mixeil Saakaşvili sentyabrın 14-də Bakıda “Azərbaycan-Gürcüstan-Rumıniya İnterconnector” (AGRİ) layihəsinə həsr olunmuş görüşdə çıxışı zamanı bildirib.
AGRİ layihəsinin böyük perspektivləri var və dünyada yeni nəql marşrutlarının çəkilməsi vacibdir – Gürcüstan Prezidenti Saakaşvili

Azərbaycanın Avropa istiqamətində enerji təchizatında siyasi baxımdan heç bir dəyişiklik olmayıb. Azərbaycanın enerji ixracı sabit sürətlə artıb. Azərbaycan özünü sabit, proqnozlaşdırılan və etibarlı enerji təchizatçısı kimi təqdim edib. Bütün bu işlər şəffaf qaydada aparılıb, bunu Gürcüstan Prezidenti Mixeil Saakaşvili sentyabrın 14-də Bakıda "Azərbaycan-Gürcüstan-Rumıniya İnterconnector" (AGRİ) layihəsinə həsr olunmuş görüşdə çıxışı zamanı bildirib.

"Bu layihənin böyük perspektivləri vardır və enerji təhlükəsizliyinin mühüm amilə çevrildiyi indiki məqamda dünyada yeni nəql marşrutlarının çəkilməsi vacibdir" Gürcüstan Prezidenti deyib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Saakaşvili bildirdi ki, ölkəsi Azərbaycan ilə birgə Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramında iştirak edir.

"Bu da onu göstərir ki, biz bir yerdə addımlayan ölkələrik" deyən Gürcüstanın dövlət başçısı bu gün Cənub dəhlizi vasitəsilə bir çox ölkələrin enerjidaşıyıcıları ilə təmin olunduğunu və bu məsələdə Azərbaycanın fəallığını diqqətə çəkib.

"Böyük adət-ənənə vardır. Bu ənənənin önündə Azərbaycan gedir. Prezident İlham Əliyev qeyd etdi ki, dünyada neft ilk olaraq Azərbaycanda hasil edilmişdir. Bəli, ilk neft burada hasil olunmuş və Gürcüstanda Batumi vasitəsilə dünyaya ixrac edilmişdir. Dünya tarixində ilk boru kəməri, həmçinin Bakıdan Batumiyə çəkilən boru kəməri olmuşdur. İlk tankerlər də Azərbaycan neftinin Gürcüstanın Batumi limanından Avropa istiqamətində daşınması məqsədi ilə inşa edilmişdir. Zənnimcə, biz bu dəhlizin müəllifləriyik. Əgər coğrafiyaya nəzər yetirsəniz görərsiniz ki, bir çox dəyişikliklər baş vermişdir. Mərhum Prezident Heydər Əliyevin dövründən əvvəl Gürcüstanda yalnız iki liman var idi - Poti və Batumi. Lakin Prezident İlham Əliyevin həyata keçirdiyi tarazlı siyasət nəticəsində Gürcüstanda əlavə iki liman yaradıldı - Supsa və Kulevi. Bu, böyük inkişafdır".

Mixeil Saakaşvili Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışdı və bildirdi ki, Asiyadan başlayan və Azərbaycan ərazisindən keçən bu dəmir yolu Avropaya qədər uzanacaqdır. Gürcüstan Prezidenti onu da dedi ki, Azərbaycan və Gürcüstanın birgə iştirak etdiyi Bakı-Tbilisi-Ceyhan layihəsində qazanılan təcrübə AGRİ layihəsinin də həyata keçirilməsində mühüm rol oynayacaqdır" Saakaşvili çıxışında bildirib.

Xəbər lenti

Xəbər lenti