...

Azərbaycanın mədəniyyət və turizm naziri İrana səfər edəcək

Siyasət Materials 22 Sentyabr 2010 17:59 (UTC +04:00)
Sentyabrın 25-də İranda Azərbaycan Mədəniyyəti Günlərinə start veriləcək. Bu məqsədlə mədəniyyət və turizm naziri Əbulfəs Qarayev bu ölkəyə səfər edəcək.
Azərbaycanın mədəniyyət və turizm naziri İrana səfər edəcək

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir T.Cəfərov/

Sentyabrın 25-də İranda Azərbaycan Mədəniyyəti Günlərinə start veriləcək. Bu məqsədlə mədəniyyət və turizm naziri Əbulfəs Qarayev bu ölkəyə səfər edəcək. Bu barədə Trend-ə Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov bildirib.

Səfirin sözlərinə görə, Azərbaycan Mədəniyyəti Günlərinin İranın bir neçə şəhərində keçirilməsi nəzərdə tutulub. "Biz mədəniyyət günlərində çoxlu tədbirlərin keçirilməsini nəzərdə tutmuşuq. Musiqi qrupları, xanəndələr dəvət etmişik, kitab və foto sərgilərinin təşkil olunması nəzərdə tutulub", - Axundov qeyd edib.

İran mətbuatının məlumatına əsasən, Azərbaycan Mədəniyyəti Günləri həftəsi İranın Tehran və Təbriz şəhərlərində təşkil olunacaq. Azərbaycanın mədəniyyət naziri üçgünlük səfəri zamanı bu tədbirlərə qatılacaq.

Xəbər lenti

Xəbər lenti