...

Azərbaycanın Venesiya Komissiyası ilə əməkdaşlığı seçki praktikasının təkmilləşdirilməsinə yönəlib – Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov

Siyasət Materials 25 Sentyabr 2010 13:07 (UTC +04:00)
Azərbaycanın Venesiya Komissiyası ilə birgə həyata keçirdiyi bütün tədbirlər seçki praktikasının təkmilləşdirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə yönəlib. Bu barədə şənbə günü Azərbaycan Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Ali Məhkəmədə Venesiya Komissiyasının nümayəndələri ilə birgə keçirilən Milli Məclisə seçkilərə həsr olunmuş beynəlxalq konfransda deyib.
Azərbaycanın Venesiya Komissiyası ilə əməkdaşlığı seçki praktikasının təkmilləşdirilməsinə yönəlib – Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Venesiya Komissiyası ilə birgə həyata keçirdiyi bütün tədbirlər seçki praktikasının təkmilləşdirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə yönəlib. Bu barədə şənbə günü Azərbaycan Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Ali Məhkəmədə Venesiya Komissiyasının nümayəndələri ilə birgə keçirilən Milli Məclisə seçkilərə həsr olunmuş beynəlxalq konfransda deyib.

"Qısa müddət ərzində seçki hüquqlarının müdafiəsi üzrə şikayətlərə baxılması hakimlərin işini çətinləşdirir. Lakin bu fakt hakimlər tərəfindən bu tip işlərə baxılması zamanı yol verilən pozuntulara haqq qazandırmır. Seçki hüququ əsas siyasi hüquqlardan biridir və dövlətin idarə olunmasında mühüm rol oynayır", - Ələsgərov bildirib.

Onun sözlərinə görə, 2005-ci ildə Azərbaycandakı Parlament seçkilərindən sonra, Avropa Məhkəməsinə göndərilən şikayətlər, həqiqətən, bir sıra problemləri aşkara çıxarıb.

Azərbaycan hakimiyyəti seçki hüquqlarının təmin olunması üçün böyük işlər həyata keçirir. "Biz əminik ki, bu fəaliyyət Azərbaycanda beynəlxalq standartlara cavab verən, demokratik və şəffaf seçkilərin keçirilməsi üçün zəmin yaradacaq", - Prezident Administrasiyasının nümayəndəsi bildirib.

"Bu gün xüsusi seçkiqabağı fəallıq hiss olunur - artıq minə yaxın adam imza vərəqələrinin alınması üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib; seçkilərdə iştirak etmək arzusunda olan siyasi partiyaların əvvəllər baş verməyən birləşməsi müşahidə olunur (MSK-ya müraciət edən 23 partiyadan 14-ü beş blokda birləşib). Bu seçkilərdə informasiya texnologiyalarından geniş istifadəni proqnozlaşdırmaq olar ki, bu da Azərbaycan cəmiyyətində siyasi inkişafın yeni dərəcəsindən xəbər verir", - Ələsgərov qeyd edib.

Azərbaycan Respublikası Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə təyin olunub.

Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabrında keçirilib. Azərbaycanda ölkənin qanunverici orqanına seçkilər 125 seçki dairəsində majoritar sistemdə aparılır.

Xəbər lenti

Xəbər lenti