Ukrayna Baş nazirinin birinci müavini Andrey Klyuyev oktyabrın 7-də iqtisadi əməkdaşlıq üzrə Ukrayna-Azərbaycan birgə hökumətlərarası komissiyasının VIII iclasında iştirak edəcək. Bu barədə Klyuyevin mətbuat katibi Artem Petrenko bildirib. "RBK-Ukrayna" bu barədə yazır.
Klyuyev komissiyanın Ukrayna hissəsinin sədridir, Azərbaycan hissəsinə isə Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov rəhbərlik edir.
İclas çərçivəsində iki ölkə arasında, ilk növbədə, yanacaq-energetika sahəsində əsas əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Komissiyanın yaradılma anından etibarən, 7 birgə iclas keçirilib. Sonuncu, yeddinci iclas 2006-cı il sentyabrın 1-də Bakıda təşkil olunub.
2010-cu il oktyabrın ikinci yarısında Azərbaycan Prezidenti İlham Əliyevin səfəri planlaşdırılıb.