...

Somali piratları gürcü dənizçilərindən 1 milyon dollar tələb edirlər

Siyasət Materials 8 Oktyabr 2010 15:01 (UTC +04:00)
Avqustda Somali piratları tərəfindən ələ keçirilən gürcü dənizçilərinin taleyi əvvəlki kimi həll olunmayıb. Əsirlər doğmaları ilə telefon söhbətləri zamanı onlarla sərt rəftar edilməsi barədə danışıblar.
Somali piratları gürcü dənizçilərindən 1 milyon dollar tələb edirlər

Gürcüstan, Tbilisi, 8 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Avqustda Somali piratları tərəfindən ələ keçirilən gürcü dənizçilərinin taleyi əvvəlki kimi həll olunmayıb. Əsirlər doğmaları ilə telefon söhbətləri zamanı onlarla sərt rəftar edilməsi barədə danışıblar.

Dənizçilərin qohumları kömək üçün Gürcüstan hökumətinə müraciət ediblər.

Gürcü tərəfinin məlumatına görə, piratlar ələ keçirilən gəmini və heyətin azad olunması üçün 1 milyon dollar tələb edirlər. Lakin gəminin sahibi olan yunan şirkəti yalnız 300 min dollar ödəməyə razıdır.

Gürcü dənizçilərinin çalışdıqları "Qrinviç" şirkəti artıq bir neçə dəfə yunan şirkətinə müraciət etsə də, hələlik Batumiyə heç bir cavab verilməyib.

Gürcüstan XİN də gürcü dənizçilərinin azad olunması üçün fəal çalışırlar.

Xəbər lenti

Xəbər lenti