...

Azərbaycan müdafiə naziri Rusiyanın Federasiya Şurası Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavinini qəbul edib

Siyasət Materials 21 Oktyabr 2010 14:27 (UTC +04:00)
Müdafiə Nazirliyi mətbuat xidmətinin cümə axşamı yaydığı məlumata görə, görüşdə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan müdafiə naziri Rusiyanın Federasiya Şurası Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavinini qəbul edib

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir K. Zərbalıyeva/

Azərbaycan müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Rusiyanın Federasiya Şurası Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Viktor Maslovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyi mətbuat xidmətinin cümə axşamı yaydığı məlumata görə, görüşdə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin iştirak edib.

Xəbər lenti

Xəbər lenti