...

"Yenilənmiş Madrid prinsipləri"nin adını "Stepanakert/Xankəndi prinsipləri" ilə dəyişməklə rəsmi Yerevanın konkret mövqeyinə nail olmaq mümkündür - azərbaycanlı politoloq

Siyasət Materials 22 Oktyabr 2010 16:35 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi üzrə vasitəçilərin hazıladığı "Madrid prinsipləri"nin çoxlu təkamülə məruz qalması rəsmi Yerevana manevr imkanı yaradır.
"Yenilənmiş Madrid prinsipləri"nin adını "Stepanakert/Xankəndi prinsipləri" ilə dəyişməklə rəsmi Yerevanın konkret mövqeyinə nail olmaq mümkündür - azərbaycanlı politoloq

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir M.Əliyev/

Dağlıq Qarabağ münaqişəsi üzrə vasitəçilərin hazıladığı "Madrid prinsipləri"nin çoxlu təkamülə məruz qalması rəsmi Yerevana manevr imkanı yaradır. Bunu cümə günü Trend-ə politoloq, Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu bildirib.

"ATƏT Minsk qrupunun həmsədrlərinin hazırladığı "Yenilənmiş Madrid prinsipləri" sənədinin adını "Stepanakert/Xankəndi prinsipləri" kimi dəyişməklə rəsmi Yerevanın konkret mövqeyinə nail olmaq mümkündür", - Əhmədoğlu əlavə edib.

"Madrid prinsipləri" sözünün əvəzinə "Stepanakert/Xankəndi prinsipləri" sözünün işlənməsi Qafqazın reallıqlarına və tənzimləmənin ruhuna daha uyğundur", - o bildirib.

Politoloqun sözlərinə görə, ümid etmək olar ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Xankəndində uzun müddət olublar və orada tənzimləmə variantı üzərində iş aparıblar.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti